Milli Məclisdə yeni təyinat

İslam sülh dinidir, yoxsa müharibə..? - Sorğu

Vüsal Məmmədov: “İslam coğrafiyasında heç vaxt, tarixin heç bir dövründə sülh və sabitlik olmayıb, olmayacaq da...” Azər Qaramanlı: “Baş verənlər qətiyyən dinin mahiyyəti ilə əlaqədar deyil. Bu vəziyyətin yaranmasına səbəb müsəlman ölkələrinin geosiyasi üstünlüklərini itirməsi ilə bağlıdır”
Ətraflı

Fikrət Yusifov: Dollardan imtina nə qədər realdır?

Artıq illərdir ayrı-ayrı ölkələrin rəhbərləri tərəfindən beynəlxalq hesablaşmalarda ABŞ dollarından imtina etmək barədə çağırışlar edilir. Lakin hələ ki, bu asılılıqdan qurtulmaq heç bir ölkəyə müyəssər olmayıb. Bu günlərdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da belə bir bəyanatla çıxış etdi. Hətta iş o yerə gəlib çatdı ki, Ərdoğanın çağırışına qoşulan insanlar valyutadəyişmə məntəqələrinə üz tutaraq, yastıq altındakı dollarları lirəyə çevirməyə başladılar. Bununla da Türkiyə lirəsinin dəyərdən düşməsinin qarşısı müvəqqəti olsa da alındı. Türk insanının vətənpərvərlik hisslərinin nə qədər güclü olduğunu hər birimiz bilirik.
Ətraflı

96 saat sonra gözlənilən fəlakət: ərzaq və dərman tədarükü başlandı

ABŞ-da mühafizəkarların çoxu ehtiyat edir ki, Hillari Klinton prezident olarsa, ölkə xaos və vətəndaş müharibəsi ilə qarşılaşacaq. Məhz buna görə mümkün xaos və vətəndaş müharibəsinə hazırlıq üçün indidən ərzaq, dərman, geyim və silah tədarükü edirlər. Əslində, bu, yeni ideya deyil, hansı ki, survivalistlər çoxdan belə gələcəyə hazırlaşır.
Ətraflı

“Əgər sizin arvadınızı zorlasaydılar...” - ata Buş necə qalib gəldi?

ABŞ-da seçkilərə az vaxt qalır və Donald Trampla (respublikaçılar) Hillari Klinton (demokratlar) arasında seçicilərin dəstəyinin əldə olunması uğrunda döyüş davam edir. Seçkiqabağı təşviqat kampaniyası daha çox təhqirlərlə müşahidə olunur. Lakin Amerika seçki kampaniyasının tarixində ilk dəfədir telekanalların reklam gəlirlərinin azalması da diqqət çəkir. Nə baş verir? Axı indiyə qədər namizədlərin əsas təşviqat platforması məhz telekanallar olub.
Ətraflı