ABŞ-da seçkilərə az vaxt qalır və Donald Trampla (respublikaçılar) Hillari Klinton (demokratlar) arasında seçicilərin dəstəyinin əldə olunması uğrunda döyüş davam edir. Seçkiqabağı təşviqat kampaniyası daha çox təhqirlərlə müşahidə olunur. Lakin Amerika seçki kampaniyasının tarixində ilk dəfədir telekanalların reklam gəlirlərinin azalması da diqqət çəkir. Nə baş verir? Axı indiyə qədər namizədlərin əsas təşviqat platforması məhz telekanallar olub.
Publika.az xarici mediaya istinadən bunun səbəblərini araşdırıb.
Azyaşlı qız və nüvə göbələyi
1964-cü ildə Amerikada keçirilən prezident seçkilərində qəzəbli qarşıdurma yaşandı. Demokratların namizədi Lindon Conson Con Kennedinin qətlindən sonra ölkəni bir il ərzində idarə etmiş rəqibi Barri Qolduotera uduzurdu. “Respublika qırğısı” adı ilə məşhurlaşan Barri cəmiyyətdə anti-sovet əhval-ruhiyyəsini lazımınca istifadə edərək, böyük kütləni öz tərəfinə çəkməyi bacarmışdı. Consonun seçki qərargahı güclü rəqibin məğlubiyyətinə səbəb olacaq vasitələri ümidsiz şəkildə axtarırdılar və onlar televiziyaya müraciət etdilər. Demokratlar Amerika tarixində ilk dəfə siyasi təşviqat çarxı çəkdilər, nəticədə seçki günü güclü respublikaçı namizədi 20 faiz qabaqlaya bildilər. Sirr nə idi?: Qolduoterə qarşı onun nüvə silahının tətbiq edilməsi haqda bəyanatından istifadə olundu. Amerika o vaxt hələ Karib münaqişəsindən çəkilməmişdi. Demokratların təşviqat çarxında da məhz nüvə göbələyinin fonunda azyaşlı qızın fotosundan istifadə etdilər. Və beləliklə, rəqibin bütün sosial proqramları haqda vədləri alt-üst oldu. Çünki amerikalılar azyaşlı qızın təsirindən çıxa bilməmişdi.
“Əgər sizin arvadınızı zorlasaydılar...” – ata Buş necə qalib gəldi?
Həmin vaxtdan etibarən fitnəkar plakatlar və çarxlar Amerikada siyasi qarşıdurmanın vizit kartı oldu. Laki bu vasitə bəzən əks effekt də verirdi. Misal üçün, 1988-ci ildə demokratların prezidentliyə namizədi Maykl Dukakisla bağlı çəkilmiş təşviqat videosunda məhbusların ölüm cəzasına qarşı çıxırdı. Aparıcı ona sual verirdi: “Əgər sizin arvadınızı zorlasaydılar və öldürsəydilər, siz ölüm cəzası tələb edərdiniz?”. Maykl cavabında bildirirdi: “Yox, mən, ümumiyyətlə, ölüm cəzalarına qarşıyam”.
Bu, onun siyasi səhvi idi və bu səhvdən ata Corc Buşun namizədliyini irəli sürmüş respublikaçılar yaxşı istifadə etdilər. Dukakisin bu çıxışından bir gün öncə Amerikada zorlanmış və öldürülmüş qadın haqda xəbər gündəm idi. Respublikaçılar bundan istifadə edərək, seçiciləri inandırdılar ki, ölüm cəzasına qarşı çıxan Dukakis bir gün öncə qadının zorlanaraq öldürülməsində günahkardır. Respublikaçılar televiziyanın köməyi ilə rəqibin tank üzərində fotosunu yayaraq, onu gülüş hədəfinə çevirdilər. Nəticədə, ata Buş qalib gəldi.
Nə qədər söyüş söysən, bir o qədər az pul xərcləyəcəksən
Lakin 2016-cı il seçkiqabağı kampaniyada ənənəvi platformalardan istifadə olunmadı. Hillari Klintonun, yaxud Donald Trampın televiziya çarxlarına nadir hallarda rast gəlmək olardı. “Kantar Media” agentliyinin məlumatına görə, telekanalların seçkiqabağı kampaniyadan əldə etdiyi gəlirlər 800 milyon dollar azalıb. İndi telekanallar ilin əvvəlində proqnozlaşdırılan 4,4 milyard dollar əvəzinə 3,6 milyard qazanacaqlar.
Bunun səbəblərindən biri müasir gənclərin filmlərə baxmağa üstünlük verməsi və daha çox internetdən istifadə etməsidir. Lakin dörd seçkiqabağı kampaniya görmüş “M&C Saatch” reklam agentliyinin başçısı Mak Lennan Moran iddia edir ki, reklam gəlirlərinin aşağı düşməsinin əsas səbəbi prezidentliyə namizədlərin tutduqları yoldur.
“Hər iki namizəd əsasən populizmdən istifadə edir”, - deyə o bildirir.
Bu isə onların fikirlərinin auditoriyada daha çox dinlənilməsinə və sosial şəbəkələrdə yayılmasına gətirib çıxarır. Hansı ki, sosial şəbəkə istifadəçiləri onlardan tez-tez sitatlar gətirirlər. Beləliklə, telekanallara pul xərcləmədən də öz kampaniyalarını qura bilirlər.
Tramp bu həqiqəti Klintondan daha çox anladı və buna görə də televiziya çarxlarına yalnız 78 milyon dollar xərclədi. Müqayisə üçün deyək ki, Klinton bu işə 325 milyon dollar xərcləyib.
Respublikaçılar tez dərk etdilər ki, çirkin ifadələr, qalmaqallı sözlər və davranışlar telekanalların sahiblərinə pul ödəmədən yayıma düşməyə imkan verir. Trampın davranışları və bəyanatları onu tez məşhurlaşdırdı və əsas xəbərlər sırasına düşdü. O, öz qəribə rəngli saçları ilə komediyaçıların qəhrəmanına çevrildi. Ardınca canlı yayımda seçkiləri ləğv etməyi və onu prezident təyin etməyi təklif etməklə gündəmə çevrildi. Hər gün “Twitter”də onun adının çəkildiyi yazılar peyda oldu. O, qadınları, qaradərililəri, Latın Amerikasından olanları və veteranları təhqir etdi, Krımın Rusiyaya birləşdirilməsini dəstəklədi, beləliklə, sensasiyalı fikirləri ilə xəbər manşetlərindən düşmədi.
Trampın çıxışlarında rəqibi Klinton ayrı bənd üzrə qərarlaşmışdı: O, rəqibini elektron yazışmalarının yayılmasında, xəstə olmaqda günahlandırırdı. Opponenti buna reaksiya verməyəndə isə dərhal qəribə ittihamlara əl atırdı. Misal üçün, iddia edirdi ki, Klinton 500 milyon miqrantı Amerikaya gətirəcək. Bütün bu qalmaqallı fikirləri ilə Tramp sosial şəbəkələr və KİV-in gündəmindən düşmür. Beləliklə, o, bir sent də xərcləmədən öz kampaniyasını aparır.
Tupakın, Snup Doq və Şuq Nayt – Hillarinin stili
Hillari Klinton öz növbəsində rəqibini sevgi macəralarında, maliyyə fırıldağında, ərli qadınlara meyl göstərməkdə ittiham edir. Həmçinin, onun iddiasına görə, Tramp Putinin “agentidir”.
Təşviqat kampaniyasına gəlincə, Hillari populyar şəxslərdən istifadə edir. Misal üçün, o deyir ki, stilinə Tupakın, Snup Doq və Şuq Naytın repləri təsir edib. Eminem onun üçün rep yazıb.
Nəticə etibarilə, hazırki seçki kampaniyasında qəzetlər, telekanallar sosial şəbəkələrə məğlub olur. Əlbəttə, deyilə bilər ki, televiziyanın yerini heç nə vermir. Amma artıq amerikalılar öz seçimlərini ediblər: onlar xəbərləri daha çox sosial şəbəkələrdən oxuyurlar.
MilliYol.Az
Digər xəbərlər
loading...