Slavyan Universitetində növbəti qalmaqal AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ
 

Netanyahunun Bakı səfəri və Tehranın “böyük şeytan” gedişi - TƏHLİL

Tarix 14.12.16, 15:26

Font ölçüsü : - / +
bitmap-img6

MilliYol.Az "Atlas" araşdırmalar mərkəzindən göndərilən analitik məqaləni təqdim edir:


İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. 1990-ci illərdə iki dövlət arasında əlaqələr yeni qurulmağa başlasa da, müsəlman Azərbaycanla yəhudi dövləti olan İsrail arasında qarşılıqlı anlaşma yarandı. 

İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə Azərbaycana 1997-ci ildə səfər edib. Bu qısa səfər bir neçə saat çəkib, İsrailin baş nazirinin təyyarəsi Cənubi Koreyadan İsrailə geri dönərkən Bakı hava limanına enib. Ancaq bir neçə saatlıq səfər kifayət edib ki, Benyamin Netanyahu ilə Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev arasında dialoq qurulsun. Üstündən 12 il keçdikdən sonra, 2009-cu ildə Azərbaycana İsrailin o zamankı prezidenti Şimon Peres səfər etdi. Bir il sonra isə Azərbaycana İsrailin xarici işlər naziri Aviqdor Liberman gəldi. 

Bu görüşlər və iki ölkə arasında qurulan sıx münasibətlər İranı çox narahat edir. Tehran keçmiş illərdə də Azərbaycan-İsrail münasibətlərinin əleyhinə çıxır, iranlı rəsmilər buna qarşı sərt açıqlamalar verirdilər. Bu dəfə də belə oldu. Benyamin Netanyahunun Bakıya səfərindən bir neçə gün öncə İrandan Azərbaycanın ünvanına sərt açıqlamaların sayı artdı. 

İlk sərt açıqlama İranın dini liderinin Qərbi Azərbaycan əyalətindəki nümayəndəsi, Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşidən gəldi. O dedi ki, Azərbaycan Respublikası müsəlmanlarını gərək Bakıya səfəri gözlənilən İsrailin baş naziri Benyamin Netanyahuya qarşı çıxsınlar. Öz çıxışında İsrailin baş nazirini “cinayətkar” adlandıran və açıq-aşkar anti-semitizm təbliğatı aparan axund Qüreyşi bildirdi ki, Netanyahu kimi şəxsləri qarşılamaq, Allah qarşısında durmaq deməkdir. 

İranlı axund bu müraciəti ilə Azərbaycanın daxili işlərinə qarışır və Azərbaycan Respublikasının vətəndaşlarını faktiki qiyama çağırırdı. Rəsmi Bakı və Azərbaycanın din sahəsində mövqe tutan insanlar heç zaman İranın daxili işlərinə qarışmırlar, “niyə İran müsəlman azərbaycanlılar qətlə yetirən, müsəlman torpaqları işğal edən və məscidləri dağıdan Ermənistan hakimiyyəti ilı sıx münasibətlər qurur” sualını Tehrana ünvanlamırlar. Çünki bu rəsmi səviyyədə İranın daxili işlərinə qarışmaq mənasına gəlir. Bunun qarşlığında İran rəsmiləri və din xadimləri Azərbaycan-İsrail münasibətlərinə eyni tolerantlığı, dözümlülüyü nümayiş etdirmirlər. 

İranın dini liderinin Qərbi Azərbaycan əyalətindəki nümayəndəsindən sonra İran parlamentinin sədri Əli Laricaninin köməkçisi Hüseyn Əmir Abdullahiyan və İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də İsrail baş nazirinin Azərbaycana səfərini tənqid etdilər. İranlı rəsmilərin, diplomatların və din xadimlərinin açıqlamalarından bu qənaətə gəlmək olardı ki, guya Netanyahu Azərbaycana səfərini rəsmi Bakıya zorla qəbul etdirib və guya Netanyahunun bu səfərinin əsas məqsədi Tehran-Bakı münasibətlərinin müsbət prosesinə xələl gətirməyə cəhd göstərməkdir. 

İranlı rəsmilər və din xadimlər eyni sərtliyi 2012-ci ildə də nümayiş etdirmişdilər. Həmin il Bakıda “Evrovision” musiqi yarışması keçirilirdi. Yarışmadan bir neçə gün əvvəl İranın anti-Azərbaycan açıqlamaları çoxaldı və bu bir kampaniya şəklini aldı. İran həmin tədbiri də Netanyahunun Bakıya səfəri kimi özü üçün təhlükəsizlik probleminə çevirmişdi. 

İranlı rəsmilər və din xadimlərinin Netanyahunun Azərbaycana səfərinə sərt etirazının başqa səbəbi də var: Tehran ehtimal edə bilərdi ki, Benyamin Netanyahunun Bakıya səfəri Azərbaycanın İsraildə səfirlik açılması prosesini sürətləndirə bilər. Tehran bunu istəmir və bilir ki, rəsmi Bakı İsraildə səfirliyin açılması məsələsində İranın sərt mövqeyini nəzərə alır. Halbuki, rəsmi Bakının gözləmə mövqeyində dayanması İranın Azərbaycana qarşı siyasətini sərtləşdirir. 

İranlı rəsmilər və din xadimləri anlamaq istəmirlər ki, Azərbaycan İsraildən müasir silahlar alır və bu bizə torpaqlarımızı işğaldan azad etmək üçün vacibdir. Aprel döyüşlərində İsrailin müasir silahlarının işğalçıya necə böyük zərbələr vurduğunu hamı gördü. Üstəgəl, İsrail Ceyhan limandan Azərbaycan neftinin əsas alıcılarındandır. 

Buna baxmayaraq, Netanyahunun Bakıya səfəri ilə bağlı yayılan məlumatda belə bir hissə də var ki, Bakıda Fələstin-İsrail münaqişəsi də müzakirə olunacaq. Xəbərdə elə belə də yazılırdı: “Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək”. Əslində bu rəsmi Bakının Tehrana mesajı idi ki, rəsmi Bakı İslam dünyası və İran üçün həssas mövzu olan Fələstinin problemini də diqqətdə saxlayır. Halbuki, Fələstin-İsrail münasibətlərinin normallaşması və 70 ilə yaxındır uzanan gərginliyin rəsmi Bakının vasitəçilik təşəbbüsləri ilə həllini gözləmək də yersiz olardı. 

Ən maraqlısı odur ki, iranlı rəsmilər, diplomatlar və din xadimləri Azərbaycan-İsrail münasibətləri və Netanyahunun Bakıya gəlişi əleyhinə açıqlamalar verən gün Tehranda Amerikanın təyyarə istehsal edən ən böyük aerokosmik şirkəti “Boeing”in amerikalı rəhbərliyi ilə böyük müqavilə imzalandı. Bu müqaviləyə görə, İran Amerika şirkətindən 80 ədəd təyyarə alacaq və bunun müqabilində 17 milyard dollara yaxın pul ödəyəcək. 

Bu ikili standartların ən bariz nümunəsidir. İran rəsmiləri və din xadimləri Amerikanı bu gün də “böyük şeytan” və İsrailin əsas dəstəkçisi adlandırırlar. Buna baxmayaraq, “böyük şeytan” adlandırdıqları ölkənin ən böyük şirkətinə 17 milyard dollar pul ödəyəcəklərinə dair müqavilə imzalayırlar. 

Tehranın sərt reaksiyaları uğursuz oldu. Benyamin Netanyahunun 20 ildən sonra Azərbaycana ikinci səfəri də uğurlu oldu. Netanyahunun özü də səfər etdiyi Azərbaycanla Qazaxıstanı müsəlman dünyasının iki böyük və vacib ölkəsi adlandırdı. Səfər zamanı iki ölkə arasındakı əməkdaşlığa dair bir neçə sənəd imzalandı. 

Netanyahunun Azərbaycana səfəri iki mühüm amillə yadda qaldı.

Birinci amil. Azərbaycan prezidenti İlham Əliyev dedi ki, Azərbaycan bu günə qədər İsraildən 4 milyard 850 milyon dollar civarında hərbi texnika alıb. İmzalanmış müqavilələrin ümumi dəyəri isə 5 milyard dollardır. İlham Əliyev ilk dəfəydi iki dəvlət arasındakı hərbi əməkdaşlığın miqyasını göstərən rəqəmi açıqladı. Əslində bu açıqlama həm Ermənistana, həm də Rusiyaya mesaj idi. İlham Əliyev bu açıqlama ilə göstərdi ki, Rusiyanın Ermənistana yerləşdirdiyi “İsgəndər” raketləri əleyhinə Azərbaycanın da İsraildən eyni tipli və qoruyucu raketlər almaq imkanı var.

İkinci amil. Benyamin Netanyahu dedi ki, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. İsrailin bu istəyi haqqında əvvəllər müxtəlif versiyalar səslənirdi. Ancaq ilk dəfə idi ki, İsrail baş nazir səviyyəsində öz qazını Azərbaycanın inşa etdiyi boru xətti ilə Avropaya nəql etməkdə maraqlı olduğunu açıqladı. Bu açıqlama iki ölkə arasındakı enerji əməkdaşlığını daha üst səviyyəyə qaldıracaq. Digər tərəfdən bu enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək. 

İsrail-Azərbaycan əməkdaşlığının daha bir əhəmiyyəti var. Dünyanın müxtəlif ölkələrində kök salmış erməni lobbisi Türkiyə ilə yanaşı Azərbaycan əleyhinə də kampaniya aparır, Dağlıq Qarabağ və ətraf rayonların işğalına haqq qazandırırlar. Buna görə də Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki yəhudi icmalarının dəstəyinə ehtiyacı var ki, erməni lobbisi ilə mübarizədə güclü müttəfiqə malik olsun. İsraildəki 70 min nəfərlik azərbaycanlı diaspor isə milliyətcə yəhudi olmasına baxmayaraq, iki ölkə arasındakı əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. 

MilliYol.Az 



Xəbərin oxunma sayı : 1102

loading...

Analiz

Önəmli

Son xəbərlər

17 YANVAR 2017

20:53 İlham Əliyev xanım həmkarı ilə görüşdü - FOTOLAR

20:45 Prezidentin bir sözü dolları ucuzlaşdırdı

19:46 Elmar Məmmədyarovdan sərt sözlər - MÜSAHİBƏ

19:28 Erməni toyunda gəlin Azərbaycan mahnısına oynadı - VİDEO

18:33 Validə Abbasova məşhur milyonçu ilə belə əyləndi - VİDEO/FOTO

18:05 Banklara borcu olanlarla bağlı - YENİ QADAĞA

17:51 Bu gün və sabah geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

17:42 Novruzda neçə gün tətil olacaq?

17:30 Mədət Quliyev görüş keçirdi

17:15 İcra başçılarının Milli Məclisdə vəzifə tutan övladları - SİYAHI

17:02 Azərbaycanda ən çox nə zəhərləyir?

9:58 Neftçalada YAP-a qəbul olunmaq üçün də rüşvət istəyirlər

16 YANVAR 2017

22:37 İlham Əliyev Davosda görüşlər keçirib - FOTO

21:31 Məktəbdə biabırçılıq: müəllim şagirdi döydü - VİDEO

20:04 Emin Ağalarov əkizləri və Əminə ilə gəzintidə - VİDEO

19:26 Prezidentin tənqid etdiyi “Azəraqrartikinti”də talan - Oliqarx-deputatın əməlləri

18:47 “Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?“ - Aparıcı hövsələdən çıxdı

16:58 Zaur Hüseynov “Prezidentlərin danışan şəkillər lövhəsi”ni niyə sökdürüb? - Fotolar

14:37 Kardiologiya İnstitutunun adamı infarkt edən rüşvət qiymətləri

15 YANVAR 2017

14:25 Bütün kəndin kişiləri əqli qüsurlu qadına təcavüz etdi - ŞOK HADİSƏ

13:26 Azərbaycanlı qızın videosu rekord qırır

13:22 Şəhid Fikrət Bəşirov harda dəfn olunacaq?

12:27 Kamran Ağayev Portuqaliyada dala saldı - FOTO/VİDEO

11:58 Azərbaycanlılar “O səs Türkiyə”dən belə ayrıldı - VİDEO

11:30 Cəbhədən acı xəbər gəldi: Şəhidimiz var

11:00 Göyərtəsində 110 miqrantın olduğu gəmi batdı

14 YANVAR 2017

16:02 Ramil Usubov 2 rəisi işdən çıxartdı

14:43 İlham Əliyev Davosda yeni prezidentlə görüşəcək

13:35 Azərbaycanda silah alverçilərinə qarşı əməliyyat: həbs olunanlar var

12:43 Bakıda vəzifəli şəxs özünü niyə asdı? - TƏFƏRRÜAT

11:37 Supermarketdə təcavüz ŞOKU - Sahibkar qadın işçisini zorladı

11:03 Nokia 8-in ilk görüntüsü sızdırılıb - VİDEO

10:30 Azərbaycanda yol terroru: 6 ölü, 19 yaralı

10:05 Əqli-qüsurlu kişi ilə dəfələrlə əlaqədə olan çilingər... - Mingəçevirdə dəhşət

13 YANVAR 2017

20:23 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

14:59 “Eldar Mahmudovla danışmışam, dedi ki,...”

13:52 İlham Əliyevin məqaləsinin TAM MƏTNİ

13:40 Bakıda supermarket müştəriləri necə aldadır? - FOTOFAKT

13:30 Məktəb direktorunun səs yazısı yayıldı - “Gəl yanıma...”

12:36 General əmlak tələb edir, azadlıq vəd edir - İş adamının vəkilindən Prezidentə müraciət

12:28 “Aİ-92“ markalı benzinin qiyməti qalxacaqmı? - DİQQƏT

12:14 Məşhur aparıcı “Lider“dən getdi

12:00 Bakıda toydan çıxan tanınmış müğənnilərin pulları əllərindən alındı

11:00 Azərbaycanda benzin bahalaşdı

12 YANVAR 2017

20:08 DİN Mehman Hüseynovla bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırdı

18:56 Prezident sərəncam imzaladı: vergi borcları üzrə faizlər silinir

16:57 “Bunu direktor xoşlayırdı və dəfələrlə ərimə...“ - Seks qalmaqalının qurbanı olan xanım müəllim

16:47 “Ərim məni vururdu, fiziki təcavüz...” - Azərbaycanlı müğənni

16:39 Bu raket İrəvanı yerlə yeksan edə bilər - Dağıdıcı silahlarımız

16:30 Daha bir türk klubu “Qarabağ“ın futbolçusuna elçi düşdü

15:38 Pensiyalar niyə gecikdirilir? - Rəsmi açıqlama

14:01 “Avropa haradır?“ -Orxan Pamukun essesi

13:48 Prokuror vitse-admiral Sultanova ağır cəza tələb etdi

13:32 Dollar satışının bərpası “qara bazarı” çökdürdü - QİYMƏTLƏR

12:27 “Mənə Aygün Kazımovayla qızının seks videosunu göstərdi“ - Məktəb direktoru

12:20 Nazir müavini təyin edilən Mətin Eynullayev kimdir?

12:15 Sami Yusif Bakıya gəlir

11:25 Prezident yeni nazir müavini təyin etdi

10:44 Slavyan Universitetində növbəti qalmaqal

10:35 Bakıda yol faciəsi: 3 nəfər maşının altında qalıb öldü

10:25 Prezident qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı

9:30 Mario Varqas Lyosa: Romanlar yalan danışır

9:20 “Taliban” girovların görüntülərini yaydı - VİDEO

9:17 Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

11 YANVAR 2017

21:48 İlham Əliyev hansı oliqarxları və niyə hədələdi?

21:37 Türkiyədə çevriliş baş tutsaydı Ərdoğanın yerinə bu şəxs gələcəkdi - İDDİA

21:28 Mehriban Əliyeva dövlət katibi ilə görüşüb

21:15 Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA

19:34 Şəmkirdə direktorla müəllimə arasında seks videosu QALMAQALI

18:25 Vüsal Kərimli vəzifəsindən qovulur - BNA fiaskosundan sonra...

18:10 Banklara “yaşıl işıq“ - ŞAD XƏBƏR

16:06 Prezident yeni hərbi texnikalarla tanış oldu - FOTO

15:40 AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı

15:30 “Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir” - DİN

13:53 İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti

13:44 Daha bir generala cinayət işi açılıb

13:18 “Bizə ən böyük zərbəni bank sektoru vurdu“ - Prezident

12:46 Telekanallar Flora Kərimovaya qadağa qoyub

11:37 Lənkəranda bacısı öldürüb dənizə atdığını deyən qardaş azadlıqda

11:27 Neftçalada pambıq reketi - İcra başçısı sahibkarlara divan tutur

10:40 Mübariz Mənsimov 35 tanker aldı

9:55 Türkiyədəki soyuq hava bizə gəlir - Diqqət!

9:50 Maşın bazarında vəziyyət necədir?

9:17 “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir” - İlham Əliyev

9:01 Bakıda nəvəsini öldürən baba: “Məni söydüyü üçün onu boğdum”

10 YANVAR 2017

20:08 “İkinci toyumu Bakıda edəcəyəm“ - MÜSAHİBƏ

19:47 Dollar 1.89-a manat oldu - Azərbaycanda

19:45 Əli İnsanovla bağlı qərar verildi

19:31 Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ

19:15 Çavuşoğlu çevriliş gecəsi Kəmaləddin Heydərova niyə zəng edib?

19:00 Ermənistan əsgərimizin meyitini niyə qaytarmır?

16:32 Beynəlxalq Banka yeni rəhbər seçildi

16:20 69 qadını öldürən keçmiş polisdən ŞOK ETİRAF

15:18 “Maaş və pensiyalar yenə də artmalıdır“ - Prezident

15:11 Kəskin soyuqlar Azərbaycana gəlir - XƏBƏRDARLIQ!

14:49 “Böhrandan çıxış yolu tapılıb“ - İlham Əliyev

14:07 ANS-in keçmiş aparıcısının əri ilə özəl videosu yayıldı

14:00 Nurayı ağladan məhkəmə icraçıları haqda araşdırma başladı

13:31 Bir neçə illik borclar da yeni tariflə ödəniləcək - “Azəriqaz”dan Yeni İl “sürprizi”

13:00 İlham Əliyev nazirləri topladı

10:48 Lotu Quli Bakıdakı atışmadan danışdı

10:31 Tramp qələbə qazandı, azərbaycanlı milyarder 1,8 milyard varlandı

10:23 Bu gün Beynəlxalq Banka yeni rəhbər təyin olunacaq

9:53 Bakıda müəllim 9 və 11 yaşlı şagirdlərinə təcavüz edib

09 YANVAR 2017

15:45 Rüstəm Usubovdan ANS-lə bağlı danışdı

15:30 “İlk ərim məndən 16, indiki ərim isə 18 yaş böyükdür“ - Azərbaycanlı müğənni

15:08 Mübariz Mənsimovdan FHN-ə xüsusi hədiyyə - VİDEO

15:03 “Baş Prokurorluğa məlumat vermişik” - Mirşahin danışdı

14:34 Azərbaycanda ölümcül virus yayılıb? - AÇIQLAMA

13:53 Bakı və Moskva arasında GİZLİ SAZİŞ

13:23 “Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin!” - Ekspert

13:11 “Dağıstanda kimi tapdılar, gətirib millidə oynadırlar“ - MÜSAHİBƏ

12:52 Azərbaycanlı milyarder Türkiyəni ayağa qaldırdı

12:37 Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA

12:18 Kriminal qruplaşmalar arasında atışma oldu - Bakıda

12:00 Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub - FOTOFAKT

08 YANVAR 2017

14:47 Sərxoş Lisa yenə özünü rüsvay etdi - FOTO

14:30 “Bəlkə Tramp Rusiyanın casusudur?”

12:42 Baş nazir “offşor“lara qadağa qoydu

12:24 Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTOLAR



loading...
8 yaşında varlandı, heç vaxt evlənmədi - Milyonçu mason üzvünün qəribə həyatı

O, dünyaca məşhur çay brendinin yaradıcısıdır. 8 yaşından işləməyə başlayıb. Amerikanın müxtəlif ştatlarında ən qara işlərdə işləyib. 25 yaşında iş adamına, 35 yaşında böyük bir markanın sahibinə çevrilib. Söhbət Tomas Liptondan gedir.
Rusiya səfirini öldürən polislə bağlı maraqlı faktlar


Dünən Ankarada sərgi salonunda keçirilən tədbir zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələyərək öldürən 1994-cü il təvəllüdlü Mövlud Mert Altıntaşla bağlı yeni faktlar üzə çıxıb.
“Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?“ - Aparıcı hövsələdən çıxdı
"Öteki Gündem" verilişinin aparıcısı Cansu Canan Özgən canlı yayımda özündən çıxıb.
Məşhur aparıcı “Lider“dən getdi
"Lider TV"nin məşhur aparıcısı kanalla vidalaşıb.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016