Slavyan Universitetində növbəti qalmaqal AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ
 

Böhrandan çıxış üçün ilk öncə maliyyə sabitliyi yaratmaq lazımdır

Tarix 21.12.16, 12:36

Font ölçüsü : - / +
bitmap-img6

Hər bir iqtisadi böhrandan çıxış yolu ölkədəki iqtisadi aktivliyi artırmaqdan keçir. İqtisadi aktivlik isə ilk növbədə ölkə iqtisadiyyatına kapital axını ilə təmin edilməklə əldə oluna bilər. Bu, hər hansı bir yenilik deyil, dünyanın müxtəlif ölkələrinin dəfələrlə keçdiyi yoldur və bu yolun alternativi olmur.

Ölkə iqtisadiyyatına investisiya axınını mümkün edən ən mühüm şərt isə ölkədə mövcud olan ictimai-siyasi sabitlik və yatırımlar üçün bundan heç də az əhəmiyyət kəsb etməyən maliyyə sabitliyidir. Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik kifayət bir səviyyədədir. Lakin təəssüf ki, bunu ölkədəki maliyyə sabitliyi haqqında demək mümkün deyil. Ölkənin maliyyə sabitliyinin əsas göstəricisi milli valyutanın durumudur. Milli valyuta sabit deyilsə, deməli ölkənin maliyyə vəziyyəti sabit deyil. Bu sabitlik olmayan yerdə isə nəinki xarici investorlar, hətta yerli investorlar da ölkə iqtisadiyyatına yatırım etməkdən ehtiyatlanırlar. Bir sözlə, milli valyutanın qeyri-sabit olduğu dövr, investorlar üçün ən təhlükəli dövr hesab olunur. Bu bizim kəşfimiz deyil, reallıqdır.

Keçən il manatın məzənnəsində baş vermiş iki kəskin devalvasiya, son devalvasiyadan ötən bir il ərzində onun rəsmi məzənnəsinin daha 13,1 faiz ucuzlaşması (qeyri-rəsmi məzənnənin isə 20%-dən çox ucuzlaşması) və hökumətin gələn ildən manatı tam sərbəst buraxmaqla bağlı müəyyən etdiyi kurs, hər bir investoru ciddi düşündürən məsələdir. Milli valyutanın məzənnəsi ətrafındakı bu çətinlikləri yaradan başlıca səbəblər neftin qiymətlərində baş verən kəskin azalmalar oldu. Rəqəmlərin dili ilə desək, 2013-cü ilin 10 ayı ilə müqayisədə cari ilin 10 ayı ərzində xarici ticarət dövriyyəmiz 2 dəfədən, ixracımız 60%-dən çox, qeyri-neft sektorundan ixracımız isə 40%-dən çox azalmışdır. Müqayisə edilən dövrdə ümumi ixracın 60%-dən çox azalmasının bilavasitə neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə bağlılığı hər kəsə aydındır. Lakin həmin dövrdə qeyri-neft sektorundan ixracın 40%-dən çox azalmasının səbəblərini izah etmək olmur. Bu vəziyyətin səbəbləri ölkə iqtisadiyyatının durumunu araşdırmağa borclu olan müvafiq qurumların vəzifə borcudur. İxracın kəskin azalması səbəbindən  xarici valyuta axını da kəskin şəkildə azaldı və bu səbəbdən ölkənin maliyyə vəziyyətində gərginliklər yaşanmağa başlandı.
Milli valyutanın qeyri-sabitliyi nə qədər davam edə bilər? Bu vəziyyətdən çıxışın yolları hansı tədbirlərin görülməsindən keçə bilər? Neftin qiymətlərinin qalxmasına nə kimi ümidlər var? Və ümumiyyətlə gələn il dünyanın iqtisadi müstəvisində və maliyyə bazarlarında hansı prosseslər mükündür? Bütün bu suallara dəqiq cavab tapmaq çətindir. Lakin hadisələrin bu günə qədərki inkişafı aşağıdakıları deməyə əsas verir.

İlk öncə onu deyək ki verilən bütün pozitiv proqnozların əksinə olaraq gələn il neftin qiymətlərində artımlar deyil, ciddi azalmalar daha çox gözləniləndir. Ucuz neft siyasəti ABŞ-ın əlində Rusiya iqtisadiyyatını çökdürmək üçün ən təsirli silahdır və yaxın gələcəkdə onun bu silahı  yerə qoyacağı heç gözlənilən deyil. Bəs gələn il dünyanın bir nömrəli valyutası – dollar özünü necə aparacaq? Bu günlərdə Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırmaq qərarı çoxdan gözlənilirdi. Amerika Birləşmiş Ştatlarının bahalı dollar siyasəti dünya maliyyə sisteminə və ABŞ-ın iqtisadiyyatına nə vəd edir? Uçot dərəcəsi qaldırıldıqdan sonra dollar canlanır, baha dollar Amerika aktivlərinin gəlirliliyini daha da artırır və bu səbəbdən ölkəyə xarici kapital axını güclənir. Təbi ki, FES-in bu qərarından sonra dolların başqa valyutalara nisbətən müəyyən qədər bahalaşması baş verdi. Ancaq bu hələ son deyil. Əsas məsələ bundan ibarətdir ki, bu dəfə FES 2017-ci ildə uçot dərəcəsini gələn il üçün əvvəlcədən nəzərdə tutulduğu kimi iki dəfə deyil, üç dəfə qaldırmaq qərarına gəldi. Beləliklə, gələn il baza faiz dərəcəsinin orta hesabla 1,375 faizə qədər yüksələcəyi mümkündür. Bu isə olduqca ciddi bir məsələdir. Belə olduğu halda dünya maliyyə sistemində hansı proseslər baş verəcək, bahalı dollar neftin qiymətlərini hansı səviyyəyə qədər enməsinə gətirib çıxaracaq və digər ölkələrin valyutaları, xüsusilə də inkişaf etməkdə olan ölkələrin valyutaları özlərini necə aparacaqlar? Bütün bu suallara indidən dolğun cavab vermək mümkün deyil. FES-in bu qərarı təbii ki, Azərbaycan manatının da məzənnəsinə müəyyən təsir göstərdi və gələn il uçot dərəcəsində baş verəcək artımlar bütün valyutalar kimi manata da öz təsirini göstərəcək.

Bəs yaranmış vəziyyətdən çıxış yolları nədir? Bu sual indi hər kəsi düşündürür. Hökumət son bir ildən artıq dövrdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək kifayət qədər qərarlar qəbul edib, ölkə iqtisadiyyatının yaxın, orta və uzaq perspektivdə inkişafını hədəfləyən yol xəritəsi işlənib hazırlanıb. Bu çox müsbət bir haldır. Lakin unutmaq olmaz ki, bu proqramların hər birinin reallaşdırılması həm daxili və həm də xarici investisiyaların normal axınının təmin ediləcəyi halda mümkündür. Ölkədə maliyyə sabitliyi olmadığı bir halda isə bütün səviyyədən olan investorlar tərəddüd edəcəklər. Bəs bu sabitliyi yaratmağın hansı yolları var? Yaranmış vəziyyətdən çıxışın başlıca yolları hansı addımlardan ibarət ola bilər? İlk öncə milli valyuta - manat tam sərbəst buraxılmalı və bundan dərhal sonra aşağıdakı tədbirlərin görülməsi vacibdir:

-manatın tam sərbəst buraxılmasına qədər əhalinin banklardan xarici valyutada götürdüyü kreditlərdən aztəminatlı ailələrə aid olan 2000 ABŞ dollarına qədər hissəsi bağışlanılmalı, yerdə qalan hissəsi isə güzəştli məzənnə ilə manata çevrilməlidir. Bu addım təbii ki, xarici kredit təşkilatları qarşısında öhdəliyi olan bankların vəziyyətini ağırlaşdıracaq. Lakin bundan qorxmaq lazım deyil. Bundan sonra ölkədə daha 20 bankın bağlanması və onların aktivlərinin satılması yolu ilə xarici borcların ödənilməsi mümkündür;

-xarici valyutada olan əmanətlərin manatla olan əmanətlərə çevrilməsinin və əhalinin manata olan inamının tam bərpa olunmasını təmin etmək məqsədilə manatla olan əmanətlərə görə ilik faiz ödənişini 20%-ə qaldırmaq və manatla olan əmanətləri 10 il müddətinə 100 % sığortalamaq lazımdır. Banklar onsuz da kreditləri 25-30 və bundan daha çox faizlə verirlər. Ona görə də əmanətlərə görə faiz ödənişini çəkinmədən 20%-ə qədər artırmaq olar;

valyuta bazarına tam nəzarəti təmin etmək məqsədilə bankların valyuta birjasından aldıqları valyutanın hərəkətinə xüsusi nəzarət sistemi qurulmalıdır. Eyni zamanda valyuta bazarına edilən qeyri-rəsmi basqıların qarşısının alınması üçün ən sərt tədbirlər nəzərdə tutulmalıdır;

-bütün səviyyələrdən olan dövlət xərclərində real qənaət rejimləri tətbiq edilməlidir. Bu gün dövlət büdcəsindən ölkənin müdafiəsi və beynəlxalq müqavilələrlə bağlı xərclər, əmək haqqı və ona bərabər tutulan xərclər istisna olunmaqla bütün digər xərclərin maliyyələşməsi dayandırılmalıdır;

-dövlət müəssisələrində xərclərə tam qənaət rejimi tətbiq edilməli, onların istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin maya dəyəri müstəqil şəkildə təftiş edilməlidir. Heç şübhəsiz burada ciddi ehtiyatlar mövcuddur;

-Beynəlxalq Bank başda olmaqla, nəzarət zərfi dövlətə məxsus olan bütün banklar dərhal özəlləşdirilməlidir. Beynəlxalq Bankdakı son olaylar bir daha göstərdi ki, bu məsələdə ləngimək nə deməkdir;

-əhaliyə xidmət göstərən elektrik enerjisi, su, qaz, rabitə xidməti müəssisələri ən qısa zaman kəsiyində elə bir şəkildə özəlləşdirilməlidir ki, ölkədə bu xidmətləri göstərən çoxsaylı özəl müəssisələr yaradılsın və bununla da sağlam rəqabət mühiti formalaşsın. Təkcə taksi xidməti sahəsindəki sadələşmələrin bu xidmətin həm keyfiyyətində və həm də qiymətlərində nə kimi müsbət dəyişikliklərə gətirib çıxardığını hər kəs təsdiq edə bilər. Digər tərəfdən bu sahələrin özəlləşməsi indiki maliyyə çətinlikləri şəraitində dövlət büdcəsinə də kifayət qədər vəsaitlərin daxil olmasını təmin edər;

-sahibkarların normal fəaliyyətini təmin etmək məqsədilə bütün səviyyələrdən olan məmur müdaxiləsinin ardan qaldırılması və bu sahədə məmur-sahibkar münasibətlərin ASAN xidmət sistemi vasitəsilə idarə olunmasına keçidi təmin etmək lazımdır. Bu xidmətlərin tam olaraq ASAN xidmət mərkəzlərinə ötürülməsi, digər tərəfdən büdcə xərclərinə kifayət qədər qənaət etmək demək olacaqdır.
Bu tədbirlərin görülməsi ilk öncə maliyyə sabitliyinin yaranmasını təmin edə bilər, sabitlik yarandığı halda isə iqtisadi aktivliyin yüksəlişi mütləq baş verəcəkdir. 

Fikrət Yusifov
İqtisad elmləri doktoru,
professor



Xəbərin oxunma sayı : 406

loading...

Analiz

Önəmli

Son xəbərlər

17 YANVAR 2017

20:53 İlham Əliyev xanım həmkarı ilə görüşdü - FOTOLAR

20:45 Prezidentin bir sözü dolları ucuzlaşdırdı

19:46 Elmar Məmmədyarovdan sərt sözlər - MÜSAHİBƏ

19:28 Erməni toyunda gəlin Azərbaycan mahnısına oynadı - VİDEO

18:33 Validə Abbasova məşhur milyonçu ilə belə əyləndi - VİDEO/FOTO

18:05 Banklara borcu olanlarla bağlı - YENİ QADAĞA

17:51 Bu gün və sabah geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

17:42 Novruzda neçə gün tətil olacaq?

17:30 Mədət Quliyev görüş keçirdi

17:15 İcra başçılarının Milli Məclisdə vəzifə tutan övladları - SİYAHI

17:02 Azərbaycanda ən çox nə zəhərləyir?

9:58 Neftçalada YAP-a qəbul olunmaq üçün də rüşvət istəyirlər

16 YANVAR 2017

22:37 İlham Əliyev Davosda görüşlər keçirib - FOTO

21:31 Məktəbdə biabırçılıq: müəllim şagirdi döydü - VİDEO

20:04 Emin Ağalarov əkizləri və Əminə ilə gəzintidə - VİDEO

19:26 Prezidentin tənqid etdiyi “Azəraqrartikinti”də talan - Oliqarx-deputatın əməlləri

18:47 “Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?“ - Aparıcı hövsələdən çıxdı

16:58 Zaur Hüseynov “Prezidentlərin danışan şəkillər lövhəsi”ni niyə sökdürüb? - Fotolar

14:37 Kardiologiya İnstitutunun adamı infarkt edən rüşvət qiymətləri

15 YANVAR 2017

14:25 Bütün kəndin kişiləri əqli qüsurlu qadına təcavüz etdi - ŞOK HADİSƏ

13:26 Azərbaycanlı qızın videosu rekord qırır

13:22 Şəhid Fikrət Bəşirov harda dəfn olunacaq?

12:27 Kamran Ağayev Portuqaliyada dala saldı - FOTO/VİDEO

11:58 Azərbaycanlılar “O səs Türkiyə”dən belə ayrıldı - VİDEO

11:30 Cəbhədən acı xəbər gəldi: Şəhidimiz var

11:00 Göyərtəsində 110 miqrantın olduğu gəmi batdı

14 YANVAR 2017

16:02 Ramil Usubov 2 rəisi işdən çıxartdı

14:43 İlham Əliyev Davosda yeni prezidentlə görüşəcək

13:35 Azərbaycanda silah alverçilərinə qarşı əməliyyat: həbs olunanlar var

12:43 Bakıda vəzifəli şəxs özünü niyə asdı? - TƏFƏRRÜAT

11:37 Supermarketdə təcavüz ŞOKU - Sahibkar qadın işçisini zorladı

11:03 Nokia 8-in ilk görüntüsü sızdırılıb - VİDEO

10:30 Azərbaycanda yol terroru: 6 ölü, 19 yaralı

10:05 Əqli-qüsurlu kişi ilə dəfələrlə əlaqədə olan çilingər... - Mingəçevirdə dəhşət

13 YANVAR 2017

20:23 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

14:59 “Eldar Mahmudovla danışmışam, dedi ki,...”

13:52 İlham Əliyevin məqaləsinin TAM MƏTNİ

13:40 Bakıda supermarket müştəriləri necə aldadır? - FOTOFAKT

13:30 Məktəb direktorunun səs yazısı yayıldı - “Gəl yanıma...”

12:36 General əmlak tələb edir, azadlıq vəd edir - İş adamının vəkilindən Prezidentə müraciət

12:28 “Aİ-92“ markalı benzinin qiyməti qalxacaqmı? - DİQQƏT

12:14 Məşhur aparıcı “Lider“dən getdi

12:00 Bakıda toydan çıxan tanınmış müğənnilərin pulları əllərindən alındı

11:00 Azərbaycanda benzin bahalaşdı

12 YANVAR 2017

20:08 DİN Mehman Hüseynovla bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırdı

18:56 Prezident sərəncam imzaladı: vergi borcları üzrə faizlər silinir

16:57 “Bunu direktor xoşlayırdı və dəfələrlə ərimə...“ - Seks qalmaqalının qurbanı olan xanım müəllim

16:47 “Ərim məni vururdu, fiziki təcavüz...” - Azərbaycanlı müğənni

16:39 Bu raket İrəvanı yerlə yeksan edə bilər - Dağıdıcı silahlarımız

16:30 Daha bir türk klubu “Qarabağ“ın futbolçusuna elçi düşdü

15:38 Pensiyalar niyə gecikdirilir? - Rəsmi açıqlama

14:01 “Avropa haradır?“ -Orxan Pamukun essesi

13:48 Prokuror vitse-admiral Sultanova ağır cəza tələb etdi

13:32 Dollar satışının bərpası “qara bazarı” çökdürdü - QİYMƏTLƏR

12:27 “Mənə Aygün Kazımovayla qızının seks videosunu göstərdi“ - Məktəb direktoru

12:20 Nazir müavini təyin edilən Mətin Eynullayev kimdir?

12:15 Sami Yusif Bakıya gəlir

11:25 Prezident yeni nazir müavini təyin etdi

10:44 Slavyan Universitetində növbəti qalmaqal

10:35 Bakıda yol faciəsi: 3 nəfər maşının altında qalıb öldü

10:25 Prezident qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı

9:30 Mario Varqas Lyosa: Romanlar yalan danışır

9:20 “Taliban” girovların görüntülərini yaydı - VİDEO

9:17 Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

11 YANVAR 2017

21:48 İlham Əliyev hansı oliqarxları və niyə hədələdi?

21:37 Türkiyədə çevriliş baş tutsaydı Ərdoğanın yerinə bu şəxs gələcəkdi - İDDİA

21:28 Mehriban Əliyeva dövlət katibi ilə görüşüb

21:15 Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA

19:34 Şəmkirdə direktorla müəllimə arasında seks videosu QALMAQALI

18:25 Vüsal Kərimli vəzifəsindən qovulur - BNA fiaskosundan sonra...

18:10 Banklara “yaşıl işıq“ - ŞAD XƏBƏR

16:06 Prezident yeni hərbi texnikalarla tanış oldu - FOTO

15:40 AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı

15:30 “Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir” - DİN

13:53 İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti

13:44 Daha bir generala cinayət işi açılıb

13:18 “Bizə ən böyük zərbəni bank sektoru vurdu“ - Prezident

12:46 Telekanallar Flora Kərimovaya qadağa qoyub

11:37 Lənkəranda bacısı öldürüb dənizə atdığını deyən qardaş azadlıqda

11:27 Neftçalada pambıq reketi - İcra başçısı sahibkarlara divan tutur

10:40 Mübariz Mənsimov 35 tanker aldı

9:55 Türkiyədəki soyuq hava bizə gəlir - Diqqət!

9:50 Maşın bazarında vəziyyət necədir?

9:17 “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir” - İlham Əliyev

9:01 Bakıda nəvəsini öldürən baba: “Məni söydüyü üçün onu boğdum”

10 YANVAR 2017

20:08 “İkinci toyumu Bakıda edəcəyəm“ - MÜSAHİBƏ

19:47 Dollar 1.89-a manat oldu - Azərbaycanda

19:45 Əli İnsanovla bağlı qərar verildi

19:31 Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ

19:15 Çavuşoğlu çevriliş gecəsi Kəmaləddin Heydərova niyə zəng edib?

19:00 Ermənistan əsgərimizin meyitini niyə qaytarmır?

16:32 Beynəlxalq Banka yeni rəhbər seçildi

16:20 69 qadını öldürən keçmiş polisdən ŞOK ETİRAF

15:18 “Maaş və pensiyalar yenə də artmalıdır“ - Prezident

15:11 Kəskin soyuqlar Azərbaycana gəlir - XƏBƏRDARLIQ!

14:49 “Böhrandan çıxış yolu tapılıb“ - İlham Əliyev

14:07 ANS-in keçmiş aparıcısının əri ilə özəl videosu yayıldı

14:00 Nurayı ağladan məhkəmə icraçıları haqda araşdırma başladı

13:31 Bir neçə illik borclar da yeni tariflə ödəniləcək - “Azəriqaz”dan Yeni İl “sürprizi”

13:00 İlham Əliyev nazirləri topladı

10:48 Lotu Quli Bakıdakı atışmadan danışdı

10:31 Tramp qələbə qazandı, azərbaycanlı milyarder 1,8 milyard varlandı

10:23 Bu gün Beynəlxalq Banka yeni rəhbər təyin olunacaq

9:53 Bakıda müəllim 9 və 11 yaşlı şagirdlərinə təcavüz edib

09 YANVAR 2017

15:45 Rüstəm Usubovdan ANS-lə bağlı danışdı

15:30 “İlk ərim məndən 16, indiki ərim isə 18 yaş böyükdür“ - Azərbaycanlı müğənni

15:08 Mübariz Mənsimovdan FHN-ə xüsusi hədiyyə - VİDEO

15:03 “Baş Prokurorluğa məlumat vermişik” - Mirşahin danışdı

14:34 Azərbaycanda ölümcül virus yayılıb? - AÇIQLAMA

13:53 Bakı və Moskva arasında GİZLİ SAZİŞ

13:23 “Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin!” - Ekspert

13:11 “Dağıstanda kimi tapdılar, gətirib millidə oynadırlar“ - MÜSAHİBƏ

12:52 Azərbaycanlı milyarder Türkiyəni ayağa qaldırdı

12:37 Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA

12:18 Kriminal qruplaşmalar arasında atışma oldu - Bakıda

12:00 Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub - FOTOFAKT

08 YANVAR 2017

14:47 Sərxoş Lisa yenə özünü rüsvay etdi - FOTO

14:30 “Bəlkə Tramp Rusiyanın casusudur?”

12:42 Baş nazir “offşor“lara qadağa qoydu

12:24 Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTOLAR



loading...
8 yaşında varlandı, heç vaxt evlənmədi - Milyonçu mason üzvünün qəribə həyatı

O, dünyaca məşhur çay brendinin yaradıcısıdır. 8 yaşından işləməyə başlayıb. Amerikanın müxtəlif ştatlarında ən qara işlərdə işləyib. 25 yaşında iş adamına, 35 yaşında böyük bir markanın sahibinə çevrilib. Söhbət Tomas Liptondan gedir.
Rusiya səfirini öldürən polislə bağlı maraqlı faktlar


Dünən Ankarada sərgi salonunda keçirilən tədbir zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələyərək öldürən 1994-cü il təvəllüdlü Mövlud Mert Altıntaşla bağlı yeni faktlar üzə çıxıb.
“Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?“ - Aparıcı hövsələdən çıxdı
"Öteki Gündem" verilişinin aparıcısı Cansu Canan Özgən canlı yayımda özündən çıxıb.
Məşhur aparıcı “Lider“dən getdi
"Lider TV"nin məşhur aparıcısı kanalla vidalaşıb.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016