“Bəlkə Tramp Rusiyanın casusudur?”
“The Washington Post” qəzeti bu başlıqlı məqalə ilə çıxış edib.
Qəzet yazır ki, ötən on ildə bir çox amerikalılar, o cümlədən yeni president Donald Trampın özü Barak Obamanın müsəlman olduğunu, özü də ABŞ-da deyil, atasının vətəni Keniyada doğulduğunu iddia edirdilər. İllər ərzində Donald Tramp yorulmadan Barak Obamadan tələb edirdi ki, ABŞ-ın Havay adalarında doğulduğunu və beləliklə də prezident olmaq haqqına malik olduğunu sübut etsin.
Obama bu tənələrdən bezib axırda doğum haqqında şəhadətnaməsinin surətini yaydı, habelə çıxıb dedi ki, xristian dininə sitayiş edir. Buna baxmayaraq Tramp kimilər onun müsəlman olduğundan şübhələnməkdə davam edirdilər.
“Bəs indi Trampın keçmiş təcrübəsini və yeni məlumatları nəzərə alıb Trampı Rusiya casusu elan etməyin vaxtı çatmayıbmı?” –qəzet sual edir.
“Xeyr, biz onu casus hesab etmirik, çünki Trampdan fərqli olaraq sərsəm ideyalara qapılmırıq. Ancaq ikili standartlar məsələsində necə olsun? Oxşar situasiyada Obamanı ölkəni müdafiə etdiyinə, Amerikanın demokratik seçki prosesinə müdaxilənin qarşısını almağa çalışdığına görə satqın elan etmək üçün nə qədər vaxt lazım gələrdi? Cəmi bir neçə saniyə”-məqalədə vurğulanır.
Qəzet Donald Trampın Rusiya hakerlərinin Amerika seçkilərinə müdaxiləsinə dair kəşfiyyat hesabatı ilə tanış olduqdan sonra belə buna inanmadığını deməsini, Rusiyanı müdafiə etməsini xatırladaraq bildirir: “İnanmaq çətindir ki, tezliklə bizim prezidentimiz olacaq bu adam uzun müddət paranoya və yayılmış konsprilogiya səviyyəsində olan şaiyələrə inanıb, onun həqiqət axtarışları faktlarların və inadkar laqeydliyin qarşılaşdığı yerdə sona çatıb. Bu, adamı dəhşətə gətirir”.
Qəzet daha sonra yazır: “İndi nə olacaq? Rusiya hakimiyyətinin, haker və casuslarının seçkilərə müdaxiləsi barədə heç bir şübhə yeri qoymayan faktları Tramp kəşfiyyatın boğazdan yuxarı bəyanatları adlandırır. O, bunu niyə edir? Doğrudanmı o qədər əlçatandır ki, sadəcə olaraq bu kiberhücumlardan fayda götürə biləcəyi ilə barışmaq istəmir? Yaxud o, bu hücumlar haqda əvvəlcədən bilirdi və indi istəmir ki, bütün bunlar üzə çıxsın? Qəsd nəzəriyyəsi məhz buradan başlayır. Və bir daha təkrar edirəm: sadəcə olaraq qəsd nəzəriyyəsi, axmaq isə elə axmaqdır”.
Məqalədə deyilir ki, Amerikanın kəşfiyyat agentliklərinin ən yaxşı mütəxəssisləri Demokratların Milli Komitəsinin kompüterlərinə haker hücumlarının Rusiya tərəfindən həyata keçirildiyinə əmindir. Uzun müddətdir ki, Putinə heyranlığını gizlətməyən Tramp isə buna şübhə edir.
“Aydın məsələdir, Tramp iddia edir ki, o, seçkilərdə təmiz qələbə qazanıb. Və Rusiyanın müdaxiləsi barədə deyilənlər onun xətrinə dəyir. Lakin məsələ təkcə bundadırmı? Tramp tezliklə bizim bir nömrəli geosiyasi rəqibimizlə dil tapmalı olacaq. Üstəlik o deyir ki, kəşfiyyatdan gündəlik brifinq almağa ehtiyacı yoxdur. Və şaiyələrə görə bizim kəşfiyyat agentliklərimizdə ixtisar aparmağa hazırlaşır. Xahiş edirəm mənə deyin, bu adam kimin tərəfindədir? Siz axırıncı dəfə ABŞ-ın seçilmiş prezidenti haqda bu sualı vermisiniz?”-qəzet yazır.
Məqalədə deyilir ki, yanvarın 5-də ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepper Senatın silahlı qüvvələr komitəsində dinləmələr zamanı Trampın Amerika kəşfiyyatına zərər vuracağına əminliyini ifadə edib. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Ceysm Vulsi isə Trampın keçid komandasını tərk edib, çünki onun mövqeyinə qulaq asan yox idi.
“Beləliklə, əgər seçilmiş prezident aşkar həqiqəti inkar etməkdə davam edirsə və öz ölkəsinin maraqlarına rəğmən düşmənin tərəfində durursa belə nəticə çıxarmaq olar ki, Tramp özü milli təhlükəsizliyə təhdiddir. Rusiyada bunu satqınlıq adlandırırlar”-nüfuzlu Amerika nəşri bildirir.(virtualaz.org)
MilliYol.Az
Digər xəbərlər
loading...