Milli Məclisdə yeni təyinat

XİN Nalbandyana cavab verib

"Ermənistan xarici işlər işlər Avropa Parlamentində çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar faktları, beynəlxalq hüququn norma və prinsiplərini təhrif etmək və cəfəng iddialar irəli sürməklə məşğuldur. Biz yenə də Ermənistan xarici işlər nazirini beynəlxalq hüquq və Helsinki Yekun Aktı barəsində maarifləndirmək məcburiyyətindəyik"
Ətraflı

Azərbaycan XİN Fransa XİN-in açıqlamasına münasibət bildirib

"Digər həmsədr ölkələrlə birlikdə 25 ildən artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Fransa da çox yaxşı bilir ki, regionda gərginliyin əsas səbəbi Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalını davam etdirməsidir. Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə törədilib və bunun nəticəsində 90-cı illərin əvvəllərində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətini yaşayıb"
Ətraflı

XİN: Avropa Parlamentinin üzvünün adı “qara siyahı“ya salınacaq

"Holokostun anımı ərəfəsində Avropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonun Ermənistan tərəfindən bir milyondan artıq insana qarşı qanlı etnik təmizləmənin, o cümlədən insanlıq əleyhinə cinayət və soyqırım aktı olan Xocalı faciəsinin törədildiyi Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinə dəstək verməsi mənası daşıyır"
Ətraflı