Bakıda narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb
Həmin şəxslərdən güclü psixotrop təsirə malik narkotik vasitə olan "metamfetamin" aşkar edilərək dövriyyədən çıxarılıb.
Bir neçə gün əvvəl həbsdən azadlığa çıxan şəxs yenidən tutulub.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunan Səbuhi Hacıyevi saxlayıb. Onun üzərinə baxış keçirilən zaman güclü psixotrop təsirə malik narkotik vasitə olan "Metamfetamin" aşkar edilib.
Qeyd edək ki, Səbuhi Hacıyev bir neçə gün əvvəl narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də saxlanılıb.
Əməliyyat tədbirlərinin davamı olaraq Səbuhi Hacıyevə narkotik vasitəni satan Abşeron rayon sakini, əvvəllər məhkum olunan Rəşad Mənmmədov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı isə 8 qram "Metamfetamin" aşkar olunaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, Rəşad Məmmədov narkotik vasitəni hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti məlum olmayan şəxsdən onlayn yolla sifariş edərək alıb. Həmin şəxs sifarişi qəbul edəndən sonra Rəşad Məmmədov narkotik vasitənin pulunu ona pay-point vasitəsilə ödəyib. Pul hesaba köçürüləndən sonra saxlanılan şəxs psixotrop tərkibli narkotik maddəni əvvəlcədən razılaşdırılan yerdən götürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir. (xezerxeber.az)
Digər xəbərlər
loading...