Antalyada təlim-məşq toplanışında olan Azərbaycan yığması ilə yoxlama oyununu keçirib. MilliYol.Az xəbər verir ki, Qurban Qurbanovun debüt oyununda yığmamız Moldova ilə qarşılaşıb.
Oyun azərbaycanlı iş adamı Telman İsmayılova məxsus "Mardan" stadionunda buş tutub. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və görüş 0:0 hesabı ilə yekunlaşıb.
Bu Azərbaycan və Moldova arasında 10-cu oyun olub. Millimiz bu rəqiblə oyunlarda 2 qələbə qazanıb, 5 heç-heçə edib, 3 dəfə uduzub. Top fərqində (6:8) geridə olan yığmamızın baş məşqçisi Qurban Qurbanov da vaxtilə rəqib qapısına qol vurmağı bacarıb. O, 2004-cü il martın 31-də Kişinyovdakı qarşılaşmada (1:2) fərqlənib.
Antalya
Yoldaşlıq oyunu
30 yanvar
Azərbaycan - Moldova 0:0
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 13. Mahir Mədətov, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev (K), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Rəşad Əzizli, 25. Elvin Yunuszadə, 18. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 10. Ruslan Qurbanov, 21. Təmkin Xəlilzadə, 8. Bəhlul Mustafazadə, 28. Cavid İmamverdiyev, 29. Anton Krivotsyuk, 3. Maqomed Mirzəbəyov, 17. Rəhman Hacıyev, 9. Emin Mahmudov.
Baş məşqçi: Qurban Qurbanov.
Moldova: 1. İlye Çebanu, 2. İon Jardan, 4. Petru Racu, 5. Vyaçeslav Posmaç, 7. Andrey Kojokaru (K), 9. Aleksandru Antonyuk, 22. Anton Rozgonin, 20. Alekdandre Paşenko, 10. Aleksandru Dedov, 19. Maksim Mixaylov, 18. Vladimir Ambros.
Baş məşqçi: Aleksandr Spiridon.
Hakimlər: Hüseyn Göçek, Bahattin Duran, Tarık Ongun, Barış Şimşek (Türkiyə).
"Mardan” stadionu.
Digər xəbərlər
loading...