“Atamın ürəyinin müalicəsi başa çatdı. Hazırda onu Mərkəzi Klinik Xəstəxanadan çıxarırıq”
Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev deyib.
Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin başqa xəstəxanaya köçürülməsinə qərar verilib. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssisin müalicəsi bundan sonra “Modern Hospital”da aparılacaq.
Rüstəm Hacıyev həkimlərin bütün diqqəti atasının ürəyinin əvvəlki fəaliyyətini bərpa etməsinə yönəltdiklərini bildirib: “Əvvələ baxanda atamın vəziyyətində bir az irəliləyiş var. Amma hələ danışmağı tam qaydasına düşməyib. Adamı bəzən tanıyır, bəzən yox. 1 həftə və ya 10 gün “Modern Hospital”da qalacaq. Bundan sonra evə buraxılması nəzərdə tutulub. Yəni müalicəsi ev şəraitində davam etdiriləcək. Ürəyinin əvvəlki kimi işləməsi üçün 1 ay vaxt lazımdı. Ürək fəaliyyətini tam bərpa etdikdən sonra beynindəki şişin müalicəsinə başlanılacaq”.
Qeyd edək ki, fevralın 7-də infarkt keçirən 59 yaşlı mütəxəssis təcili əməliyyata alınaraq, ürəyinə stend qoyulub.
Digər xəbərlər
loading...