Böyükağa Hacıyev xəstəxanamıza kardiogen şok vəziyyətində yayılmış infarkt diaqnozu ilə daxil olmuşdu. Həmin vaxt ürəyin gücü 20 faiz idi
Bunu report-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin müalicə aldığı Mərkəzi Klinik Xəstəxananın kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov deyib. O bildirib ki, görülmüş tədbirlər nəticəsində xəstənin vəziyyəti sabitləşməyə başlayıb: "Böyükağa müəllimin ürəyinə 2 stend qoyduq, əlimizdən nə gəlirdisə, etdik. Hazırda vəziyyəti sabitliyə doğru gedir".
Tanınmış mütəxəssisin hələlik yeni əməliyyata ehtiyacının olmadığını söyləyən həkim xəstənin reanimasiya şöbəsində qalmasının vacibliyini vurğulayıb: "Pasiyentimizin əvvəllər digər xəstəlikləri də olub. Bunların müalicə prosesinə təsiri olduğundan, xəstəliyi hələ də risklidir. Ona görə reanimasiya şöbəsində daha iki gün qalmasına ehtiyac var. Daha sonra vəziyyətini qiymətləndirərək, müvafiq qərar qəbul edəcəyik. Hələlik yeni əməliyyata ehtiyac yoxdur".
Qeyd edək ki, Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb.
Digər xəbərlər
loading...