Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) həyata keçirdiyi monitorinq prosedurunu dəyişdirmək lazımdır
Bunu Milli Məclisin deputatı Səməd Seyidov AŞ PA-nın qış sessiyasında deyib.
AŞ PA-nın monitorinqi 1993-cü ildən keçirilir.
Monitorinqin məqsədi üzv ölkələrin Avropa Şurasının standartları, qanunun aliliyi prinsipləri, parlament demokratiyası və insan hüquqlarının qorunması prinsiplərinə uyğun müəyyən edilmiş ümumi hüquqi və siyasi çərçivədə olduğuna əmin olmaqdır.
Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.
Səfər yanvarın 28-də başa çatacaq.(trend)
Digər xəbərlər
loading...