Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

Amansız diktatorları dəstəkləyən pontifik - VI YAZI

Bir fakt kimi məlumdur ki, Roma papası XI Piy (1922-1939), bəşəriyyət üçün böyük təhlükə olmuş faşist partiya rəhbərlərinin – İtaliyada Mussolini, Almaniyada isə Adolf Hitler – hakimiyyətə gəlməsində müstəsna rol oynamış və əlbəttə ki, həmin cinayət xarakterli addımı atan zaman o, hər iki diktatordan milyonlarla pul almışdır. Müharibə başa çatandan sonra gözü rüşvətdən doymayan pontifik, milyonlarla insanı amansız üsullarla öldürmüş nasist funksionerlərini, özünün tranzit xətti ilə Cənubi Amerikaya yollayaraq, onları ədalət məhkəməsindən gizlətməyə müvəffəq olmuşdu. O da məlumdur ki, Üçüncü Reyxin 500 milyardlıq qızıl ehtiyatı yoxa çıxmış və müstəqil araşdırıcıların fikrincə, həmin xəzinənin izi gedib Vatikanda itir.
Ətraflı

“Qanuni oğrular” keşniş üstündə niyə qan tökür? - II YAZI

Rəsmi statistikadı: Moskvada hər il 6 min ton göyərti, daha dəqiqi, şüyüd və keşniş istehlak edilir. Göyərtinin bir kiloqramı isə topdansatış bazarlarında 200 rubldan bahadır. Adi riyazi hesablama aparsaq, Moskvada təkcə şüyüd və keşnişdən gələn gəlir ildə 20 milyon dolları ötür. Və bu yağlı tikə, daha doğrusu milyonlarla “göy” gətirən göyərti bazarı uğrunda illərdir, Rusiya paytaxtında qanlı müharibələr gedir: “Göyərti müharibələri…”.
Ətraflı

“Sovetski“də son vəziyyət - VİDEO

Bakı şəhərinin Baş Planına əsasən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir. MilliYol.Az anspress-ə istibadən xəbər verir ki, bu barədə Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, kiçiksahəli mənzillərin sakinlərinin yeni mənzillərlə təmin edilməsi istiqamətində işlər icra olunub.
Ətraflı

Beynəlxalq Bankla bağlı yeni komissiya yaradıldı - QƏRAR

Nazirlər Kabineti “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə qərar verib.
Ətraflı

Cahangir Hacıyev azadlığa çıxacaq?

Nərimanov rayon Məhkəməsinin qərarı ilə “Beynəlxalq Bankın işi”nə görə həbs edilən oliqarxlardan 3 nəfər-Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev, “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev və Beynəlxalq bankın Dubay filialının keçmiş müdiri, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun (Qara Polkovnik) oğlu Adil Hüseynov barəsində seçilən həbs qətimkan tədbirini polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə əvəz edilib.
Ətraflı