Bakı şəhərinin Baş Planına əsasən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir. MilliYol.Az anspress-ə istibadən xəbər verir ki, bu barədə Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, kiçiksahəli mənzillərin sakinlərinin yeni mənzillərlə təmin edilməsi istiqamətində işlər icra olunub.
Artıq Nərimanov rayonu ərazisində doqquzmərtəbəli tamamilə rekonstruksiya olunmuş binalarda 104 ailə ikiotaqlı və 120 ailə birotaqlı yeni mənzillərə köçürülüb.
İyulun 1-dək 8769 ünvanda ölçü işləri aparılıb, 3432 ünvanda razılaşma protokolu imzalanıb, 3273 daşınmaz əmlak sahiblərinə vəsait ödənilib, 2848 ünvanda daşınmaz əmlakın sökülməsi başa çatdırılıb.
Hələ bir müddət əvvvəl açıqlama verən baş nazirin müavini Abid Şərifov da bildirib ki, hamını demək mümkün olmasa da, "Sovetski"dən köçən insanların tam əksəriyyəti bununla razıdır.
Nazir müavini“Sovetski”də sökülən mənzillərdən və sökülməsinə etiraz edilən tarixi abidələrdən danışıb. Siyahıya düşən tarixi abidələrin sayının 23 olduğunu, onlardan artıq 11-nin söküldüyünü qeyd edən qonaq Azərbaycanda qəbul olunmuş qaydalara uyğun olaraq xüsusi rəylər əsasında bu abidələrin siyahıdan çıxarıldığını bildirib.
“20 minlik şəhəri köçürmək, 3 min 750 evi sökmək, həm də qısa müddətdə, asan məsələ deyil. Əlbəttə, şikayətçilər var. Problemlər əsasən ondan ibarətdir ki, məsələn, şəxs 50-60 il əvvəl öz evini kiməsə ya bağışlayıb, ya da satıb. Bu tipli qarışıq məsələlər var. Bütün bu kimi məsələlərin yoluna qoyulması üçün çalışırıq”,- deyə Abid Şərifov bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...