Bazarlarına Nəzarət Palatası (MBNP) kredit üçün müraciət etmiş şəxslərə imtinanın səbəbləri barədə düzgün məlumat vermədikləri barədə kommersiya banklarına məktub göndərib.
Məktubda bildirilir ki, daxil olmuş müraciətlərin təhlili göstərir ki, banklar tərəfindən kredit üçün müraciət etmiş şəxslərə imtina Nəzarət Palatası tərəfindən təsdiq edilən qadağa ilə əlaqələndirilir və müştərilərə imtinanın səbəbləri barədə düzgün məlumat verilmir.
“Bildiririk ki, yeni prinsiplərə əsasən, xarici valyutada daşınmaz əmlak krediti istisna olunmaqla digər hallarda kreditlərin verilməsi qadağan olunmur. Kreditdən imtina müvafiq şərtlərə uyğun olmayan müraciətlər üzrə kreditlər verildiyi təqdirdə onun geri ödənilməsində problemlərin ortaya çıxa biləcəyi, bununla da bank kreditlərinin gələcəkdə keyfiyyətinin pisləşməsi ilə bankların dayanıqlığına neqativ təsiri, digər tərəfdən vətəndaşların borc yükünün artması nəticəsində onların sosial rifahının aşağı düşə biləcəyi ilə əsaslandırılmalıdır”, - deyə məktubda vurğulanıb.
Nəzarət Palatası banklara bu şərtləri işlərində rəhbər tutmağı tövsiyə edib.
Xatırladaq ki, MBNP 4 may 2016-cı il tarixindən etibarən kredit təşkilatlarına sağıam kreditləşmə və məsuliyyətli borclanmaya dair yeni prudensial çərçivə tətbiq edib. Bununla borcalanın gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsalları nəzərə alınmaqla milli və xarici valyutada kreditlərin verilməsi şərtləri müəyyən edilib.
Qeyd edək ki, bu qərar 2012-2013-cü illərdə bankların aqressiv və kütləvi kreditləşmə siyasətinin qarşısının alınması üçün qəbul edilib. Üstəlik, bu qərar daha çox əhalinin kredit yükünün və ona xidmət etmək imkanlarının sadələşdirilməsi və sağlamlaşdırılması məqsədini daşıyır. Başqa sözlə, bu tələblərin məqsədi odur ki, insanların aldığı kreditlər üzrə ümumi aylıq xərcləri onun ümumi aylıq gəlirlərin yarısından çox olmamalıdır. Ekspertlər hesab edirlər ki, bu tələblərə əməl olunması bankların problemli kreditlərinin həcminin artmasının qarşısını alacaq və son nəticədə bankların dayanıqlığı təmin olunacaq.(APA)
MilliYol.Az
Digər xəbərlər
loading...