Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

Ukrayna yeni inqilab astanasında: Moskva Poroşenkonu devirə bilər

Kiyevin mərkəzində “Maydan inqilabı”nın, Ukraynanın sabiq prezident Viktor Yanukoviçin ölkədən qaçmasının üçüncü ildönümünə həsr edilmiş marş başlayıb. Aksiyalara “Azadlıq” Partiyası, “Milli Korpus” və “Sağ sektor” nümayəndələri qatılıb. Sözügedən təşkilatların 10 nümayəndəsi hakimiyyətə ultimatum verməyi planlaşdırırlar. Təşkilatçılar isə iddia edirlər ki, aksiyaya 20 min insan toplaşıb. Marş iştirakçıları Prezident Administrasiyasının yanında dayanaraq orada konfet şəklində simvolik müraciət qoyublar. Sütun daha sonra Ali Radaya doğru hərəkət edib.
Ətraflı

İcra başçıları ilə bağlı ciddi dəyişikliklər gözlənilir - Deputat anons verdi

Ölkə başçısının struktur islahatları ilə bağlı anonsundan sonra İcra hakimiyyətləri və ona bağlı strukturlarda da ciddi dəyişikliklərin olacağı gözlənilir. Ayrı-ayrı nazirliklərin bölgələrdə şöbələrinin olduğunu nəzərə alsaq, iqtisadi çətinliklərlə üz-üzə qaldığımız bir vaxtda “əyalət padşahları”nın hökmranlığı çox yersiz görünür.
Ətraflı

Külli miqdarda pulu mənimsənilən şəxs: “Məni övladlarımla hədələdilər“

Bakıda və əksər bölgələrdə minlərlə vətəndaşı aldadaraq onlardan işə düzəltmək adı ilə pul alan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bu cinayət işinə görə təqsirləndirilən şəxslərin sayı çox olduğu kimi, zərərçəkmişlərin də sayı çoxdur. Cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 37, zərərçəkmiş şəxslərin sayı isə 4968 nəfərdir.
Ətraflı

“Space” bağlanacaq? - MTRŞ-dan AÇIQLAMA

Rəqəmsal yayıma keçidlə əlaqədar “Space” Müstəqil Teleradio Şirkəti (Space TV) hazırlıq işlərini hələ də yekunlaşdırmayıb. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, “Space TV”-də rəqəmsal yayıma hazırlıq işlərinə baxış keçirsə də, ancaq telekanalın buna hazır olmaması müəyyən edilib.
Ətraflı