“Şəbəkə” xidmət mərkəzlərinin konsepsiyası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və onun qurumlarının bütün xidmətlərinin bir mərkəzdə cəmlənməsidir
APA xəbər verir ki, bunu “Şəbəkə” xidmətinin koordinatoru Ceyhun Əliyev deyib.
C.Əliyevin sözlərinə görə, mərkəzin Bakı şəhərində 10-a yaxın ofisinin açılması planlaşdırılır və gələcəkdə bölgələrdə də bu cür ofislərin açılması nəzərdə tutulub.
“Vətəndaşlarımız bir mərkəzdən rabitə və rabitə ilə bağlı bütün xidmətlərdən yararlana biləcəklər. Vətəndaşlarımız bir mərkəzə yaxınlaşmaqla maliyyə, telekommunikasiya xidmətlərindən, eləcə də poçt göndərişlərindən yararlana biləcəklər.
Yaxın gələcəkdə Binəqədi, Yasamal, Xəzər rayonu da daxil olmaqla, Bakı şəhərində 10 belə mərkəz fəaliyyətə başlayacaq”, - deyə C.Əliyev bildirib.
Bundan başqa, C.Əliyev əlavə edib ki, “Şəbəkə” mərkəzləri bütün poçt xidmətlərini özündə cəmləşdirdiyi üçün bu mərkəzin fəaliyyət göstərdiyi ərazidə artıq poçtlar fəaliyyət göstərməyəcək: “Yaxınlıqda olan bütün poçt əməkdaşları “Şəbəkə” mərkəzlərində çalışacaqlar. Bakı şəhərində qeydiyyat fərqi olmadan istənilən “Şəbəkə” xidmətinə yaxınlaşıb rabitə və poçt xidmətlərindən yararlanmaq mümkündür. Burada 100-dən çox xidmət mövcuddur”.
MillliYol.Az
Digər xəbərlər
loading...