Milli Məclisdə yeni təyinat

Fazil Məmmədovun işçilərinin ağlasığmaz dələduzluqlarının panoraması

“Maddi baxımdan çətin vəziyyətdə olduğumuzdan Vergilər Nazirliyində işləyən Əliyev Natiq Əli oğlu və onun bizimlə tanış etdiyi Xuduyev Mahir Bilman oğlu adlı şəxslər dövlət orqanlarında yaxşı əlaqələrinin olduğunu, tikinti işlərinin tamamlanması və aidiyyatı orqanlara bütün ödənişlərlə bağlı müvafiq razılaşmaların əldə edilməsi və sənədləşmə işlərinin həyata keçirilməsi mövzusunda bizə kömək edə biləcəklərini təklif etmişdilər. Bunun müqabilində bizimlə ortaq olacaqlarını bildirmişdilər. Həmin anda ağır vəziyyətdə olduğumuza görə bu şəxslərin təklifi ilə razılaşdıq”.
Ətraflı

400 min dollara toy edən məmur haqqında sensasion faktlar

Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı yeni məlumatlar üzə çıxıb. Musavat.com-un əldə etdiyi məlumata əsasən, idarə içərisində olduqca əzazil və işçilərinin haqqını kəsən adam kimi tanınan Qüdrət Şükürovun dəbdəbəli həyatının mənbəyi onun büdcədən mənimsədiyi, milyonlarla ölçülən vəsaitdən gəlir.
Ətraflı

Keçmiş MTN generalının səhhəti pisləşdi

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesinə bu gün S.Qurbanov gətirilməyib
Ətraflı

“Evimi satıb, pulu MTN əməkdaşlarına verdim”

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
Ətraflı