Sabirabad sakini, Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində yerləşən Polimer Məmulatlar Zavodunun tikintisi ilə məşğul olan "Astexnoservis" şirkətində fəhlə kimi çalışmış Sakit Sarxanbəyli AzFakt.com-a müraciət edib. O, şirkətdə baş verən qanunsuzluqlar barədə məlumat verib. Onun şikayətini təqdim edirik:
"Mən Polimer Məmulatlar Zavodunun tikintisi ilə məşğul olan "Astexnoservis" şirkətində işləyirəm və orada fəhlələr qul kimi işlədilir, insan haqları pozulur. Şirkətdə maaş kartı var, amma onlar pulu nağd şəkildə vermək üçün maaşları gecikdirirlər. Məqsəd bizi pullarımızı nağd şəkildə almağa məcbur etməkdi. Əli adlı müdirlə Vasif Nəsirov adlı mühəndis dövlət büdcəsini talan etmək üçün bu yola əl atıb. Hamının maaş kartları onların əlindədi. İstədikləri vaxt istənilən məbləğdə vəsait gtürə bilirlər.
İşə qəbul olunanda bizimlə 3 aylıq əmək müqaviləsi bağlanmışdı. Sonra saxta yollarla müqavilənin müddətini bir aya endiriblər ki, işdən çıxaranda təzminat ödəməsinlər. Ölkədə işsizlik problemi olduğu üçün hər cür varianta əl atırlar, fəhlələrlə qul kimi rəftar edilər.
Mən fevrların 25-dən martın 16-dək işləmişəm. Həmin gün maaş kartımı aldım və bildirdilər ki, hesabımda 600 manat var. mən də Bank Avrasiyada hesabdan çızarış etdim. Məlum oldu ki, martın 15-də karta 600 manat yüklənib, bir gün sonra çıxarılıb. Yəni şirkət məni aldadıb. Bank işçisi bildirdi ki, pulu şirkət nümayəndələri çıxardıb. Bildirdim ki, kart mənə məxsusdur və icazəm olmadan bank sirrini açmaq olmaz. Dedilər ki, guya pulu mənə nağd verəcəklər. Başa düşmürəm, maaş kağd verilirsə, kart nəy lazımdı? Onlara kim səlahiyyət verib ki, məni kartımın şifrəsini açsınlar? Buna görə Bank Avrasiya da birbaşa məsuliyyət daşıyır. Belə çıxır ki, mənim adımdan istifadə edərək kredit də götürə bilərlər, başqa cinayətlər də edərlər. Aidiyyatı qurumlardan xaşih edirəm ki, məsələni araşdırıb qanunsuzluğa son qoysunlar.
Mən prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirəm. Bu şirkətdə haqsızlıq baş alıb gedir, insanlara qul kimi yanaşırlar, dövlətin büdcəsi talan olunur. Xahiş edirəm, qanunsuzluqların araşdırılaraq günahkarların cəzalanması üçün göstəriş verəsiniz".
MilliYol.Az
Digər xəbərlər
loading...