Məxfi məlumata çıxışı olan ABŞ-ın Dövlət Departamentinin əməkdaşına qarşı Çin kəşfiyyatının agentləri ilə əlaqələrini gizlətməklə əlaqədar ittiham irəli sürülüb
Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.İttihamda 60 yaşlı Kendis-Mari Kleyborn on minlərlə dolları hədiyyə kimi aldığı göstərilir.
O, rəsmi araşdırmalara maneçilik törətməkdə və FAB-a saxta məlumatlar təqdim etməkdə ittiham edilir.
Kleyborn özünü təqsirkar hesab etmir.
Kendis-Mari Kleyborn Dövlət Departamentində 1999-cu ildə işləməyə başlayıb. O İraq, Sudan və Çin də daxil olmaqla bir neçə xarici diplomatik missiyalarda işləyib.(oxu.az)
AzMedia.info
Digər xəbərlər
loading...