Murtuza Muxtarovun həyat hekayəsi
Murtuza Muxtarov (1857-1920) - iri Bakı neft sahibkarı, mesenat. Murtuza Muxtarov Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi, dağlılar arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin fəxri üzvü kimi də fəaliyyət göstərirdi. O həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü və ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi idi.
Qərbi Avropa mədəniyyətinin pərəstişkarı idi, cəmiyyətdə xürafata qarşı mübarizə aparırdı, bu məqsədlə Bakıda “Tərəqqi” qəzeti nəşr etdirirdi, məktəblər tikdirirdi. Xeyirxah və mehriban bir insan, ciddi sahibkar kimi tanınırdı.
Həyatı
Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovdur.
Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olub. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə Bakıdan Tiflisə kirayə yük daşıyırmış.1874-cü ildə arabasını satan Murtuza Balaxanı Zabrat kəndləri ətrafında salınan mədənlərin birində fəhləliyə başlayır. Martov adlı bir sahibkar M.Muxtarovdakı iradəni görüb ona mexaniki alət və cihazların sirrini öyrədir, qısa bir zamanda onu usta təyin edir.
Bir müddətdən sonra mədən emalatxanasını da ona satır. Murtuza Muxtarov yarım mexanikiləşdirilmiş “Molt” dəzgahında bir neçə dəyişiliklər edir. Sahibkar qocaldığından Zabratdakı qazma avadanlığı, emalatxanasını da satır. O zaman bütün Əmircan əhalisi pul yığaraq ona kömək edirlər. Murtuza gecə gündüz çalışır , xilasetmə ustası kimi ad çıxarır. Mühəndislərə maaş verib öz savadını və texniki biliyini əsrin tələbinə uyğun artırır. Çertyoj çəkib sex qurmağı öyrənir.Sənədləri imzalayanda nadir hallarda familyasını bütöv yazardı, adətən qısaca olaraq üç hərfdən ibarət “Mux” imzasını atardı.
Fəaliyyəti
Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar çətin ki tapılardı.
1890-cı ildə yaratdığı “Podrat qazma” kontoru Bakının Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft rayonlarında neft quyularının qazılmasında böyük rol oynamışdır. Bu sahələrdəki quyuların əksəriyyəti onun “Podrat qazma” kontoru tərəfindən qazılmışdır.
Bundan əlavə özünün xüsusi mədənləri də var idi. Elektrik qatarı ilə Bakıdan Buzovnaya gedərkən Sabunçudan sonra birinci dayanacaq onun adı ilə “Muxtarovka” adlanır. Bu dayanacağın ətrafındaki bütün neft quyuları vaxtı ilə ona məxsus idi.1895-ci ildə (dünyada ilk dəfə) metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırmış və bunu üçün də dövlətdən müəllif hüququ almışdır. O, bu vaxt ixtirasını “Bakı qazma sistemi” adlandırmışdı. Onun bir sıra ixtiraları da var idi. M. Muxtarov XIX əsrin axırlarında Bibiheybətdə qazma avadanlığı müəssiəsini işə salmışdı, bu müəssisə həmin dövürdə ilk neft avadanlığı müəssiəsi sayılırdı. O, zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış binaları tikdirir və bununla da yeni-yeni işçi qüvvəsini ətrafına toplayaraq həm də, əlavə gəlir mənbəyi yaradırdı. Neft milyonçusu 1917-ci ildə ilk dəfə taxtayonan dəzgah da ixtira etmişdir. Dəzgah hal-hazırda Sankt-Peterburuq şəhərindəki “Dağ mədən” İnstitutunda saxlanılır. M. Muxtarov öz zavodunun buraxdığı dəzgah və avadanlığı xarici ölkələrə satırdı. Xaricdən, xüsusi ilə də Amerikadan çoxlu avadanlıq alırdı. İnqlabdan sonra da xaricdən bakıya onun adına avadanlıq göndərilirdi. O da Bakının bir sıra milyonçuları kimi adi fəhlədən nəft milyonçusu səviyyəsinə yüksəlmişdir. Uzun müddət malakeşlik etdikdən sonra araba ilə neft daşımış, xırda podratçılıqla məşğul olmuşdur. Qara qızıl fontanları nəhayət onun da üzünə gülərək, əlini milyonlara çatdırmışdır.
Təkcə Bakıda yox, Maykop və Qroznı neft mədən sahibləri ilə də müqavilə bağlıyıb quyu qazırdı; zavod və mədənlər, konstruktor büroları ilə texniki və işgüzar əlaqələri vardı, tez-tez Şimali Qafqaza gedirdi.
M. Muxtarov bizə əzəmətli binalar miras qoyub getmişdir. Bakı şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində hazıradək hifz olunub qalmış bir çox binalar onun adı ilə bağlıdır. 1910-cu ildə Əmircan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır.
1913-cü ildə Şimali QRES-də Şüvəlanda Mayak,Abşeronda 17 bina, Əmircan kəndində məktəb, Mərdəkanın Pirhəsən adlanan yerində Axund Mirzə Abu Turabın qəbri üstündə günbəz, Vladiqafqaz şəhərində məscid, Kislovodskda, İtaliyanın Florensiya şəhərində mövcüd olan gözəl, yaraşıqlı binalar M. Muxtarovun pulu ilə tikilmişdir.
Muxtarov Bakının demək olar ki, bütün xeyriyyə cəmiyyətlərində yaxından iştirak edir və maddi köməyini əsirgəmirdi. Bütün bunlar neft milyonçusu kimi tanınan Murtuza Muxtarovun Azərbaycan xalqına göstərdiyi təmənnasız xidmətlərin sadəcə bir hissəsidir. Onun xatirəsini əziz tutub yad etmək, yaratdıqlarını, qurduqlarını qorumaq gələcək milyonçulara bir örnək, həyat dərsi olmalıdır.
Ailəsi
Murtuza Muxtarov və həyat yoldaşı Liza xanım
M. Muxtarovun ilk ailə həyatı çox faciəli olmuşdur. Onun ilk dəfə Qönçənaz adında bir xanım olmuş, ondan 2 qızı dünyaya gəlmişdi. Murtuza Muxtarov səfərdə olarkən uşaqlar xəstələnir, onlar vaxtında müalicə edilmədiyinə görə qızların hər ikisi xəstəlikdən tələf olurlar. Neftxuda səfərdən qayıdıb bu bədbəxtliyə tab gətirə bilmir və Qönçənazı evdən qovur. M. Muxtarov Vladiqafqaza səfəri zamanı orada Liza xanım Tuqanova ilə evlənir. Liza xanım Vladiqafqazlı general Tuqanovun ortancıl qızı olub. Onların aralarında yaş fərqi çox idi və öz övladları olmasa da, bir çox uşaqlara qəyyumluq etmiş, oxudub savad vermişdilər. Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza xanım bir müddət sarayın qonşuluğunda yerləşən evlərdən birinin zirzəmisində yaşayır. Xaricə qaçmaq məqsədi ilə saxta olsa da bir Türk paşasına ərə gedib Türkiyəyə qaçır və zənn edir ki, xilas oldu, amma onun məşəqqətli həyatı sonradan başlayır. Bəzi mənbələrdə qeyd edilir ki, Liza xanım 1950-ci illərdə Parisdə vəfat edir, amma onun məzarının yerləşdiyi yer barədə heç bir məlumat yoxdur, çünki Liza xanım xaricə qaçdıqdan sonra yaxınları ilə əlaqə saxlamayıb, hətta məktub da yazmırmış.
Bağ evi
Muxtarov ikinci binanı isə Mərdəkanda yerləşən Dendrologiya İnstitutundakı bağ evini eyni “kotik” üslubunda “gəmi” formasında layihələndirmişdi. Divarların eni 1 metr, hündürlüyü isə 8 metrdən ibarərdir. Binaların eyvanı hər yandan gəmi kayutasını xatırladır.. Sarayın qərb istiqamətində sağ tərəfdə yataq otağı, sol tərəfdə isə yemək otaqları mövcuddur. Şərq tərəfdə isə qulluqçuların yaşayışı üçün iki mərtəbəli bina ucaldılıb. Binada akustika və venetsiya sistemi vardır.
O, Abşeronu gəzib onu ən gözəl guşəsi və iqlim şəraitini nəzərə alaraq məhz Mərdəkanda bu günkü Dendralogiya İnstitutunu özünə bağ evi seçmişdir. Buraya Lənkarandan gəmilərlə torpaq gətirilmiş və bağa 60-80 sm qalınlığında əlavə torpaq verilmişdi.Ümumi sahəsi 12 ha olan Dendrologiya İnstitutu Abşeron yarımadasının şimal şərq hissəsində, Xəzər dənizindən 3,2 km, şəhərin mərkəzindən isə 40 km məsafədə yerləşir. Ərazi dəniz səviyəsindən 8,2m hündürlükdə olub, illik orta tempratur təxminən 13-15C-yə bərabər olur. Qış aylarında tempratur 8-8,2 C təşkil edir, isti yay günlərində rütubətlik 35- 40% aşağı düşür. Abşeronda illik yağıntının miqdarı 120-270mm-dir. Bu baxımdan Abşeron yarımadasının iqlimi quru subtropik, mülayim subtropik zonalarının iqliminə oxşardır.
Bir əsrdən çox yaşı olan M.Muxtarovun bağ evi sayılan Dendrologiya İnstitutundakı quyu Mexaniki tərkibinə görə torpaq qələvi tərkibli olub (PH 8-9), boz gilli və qumsal torpaq tipinə aiddir. Torpaqların tərkibini 80-85% əhəng təşkil edir. Dendrologiya İnstitutunun torpaq qatı əkin üçün yararlı olmayıb, 20-40 sm dərinlkdə əhəngli qayalıqlarla əhatə olunmuşdur. Hələ o dövrdə bağın sahibi M.Muxtarov bağa əkin üçün yararlı olan torpaq örtüyünü Lənkəran zonasından buraya gətirmişdir ( 1926). Göründüyü kimi burada yaradılmış bu süni ekosisitemdə laboratoriyalar tərəfindən aparılan tədqiqat işləri abşeronun mühit amillərindən bir çox ekoloji problemlərin həllində hərtərəfli rol oynayır.
Bağda su hovuzları ilə yanaşı 6 süni şəlalə inşa edilmişdir ki, buda bağın ümumi kompazisiyasında çox gözəl görünür. Dendrologiya İnstitunun tarixini əks etdirən inşası hələdə hansı əsrə aid olduğu məlum olmyan 4 ədəd yeraltı su kəhrizi təkcə bu bağ üçün deyil həmçinin respublikamız üçün tarixi abidə sayılır. Quyuların diametri 8–13 m, orta dərinliyi isə 36m, təşkil edir. Bu quyuların 3 keçid xətti var.
Ölümü
Azərbaycanın məşhur neft milyonçularından biri olan Murtuza Muxtarovun ölümü də həyatı kimi faciəli və qəhrəmanlıqla sona yetmişdir. 1920- ci ildə XI Qızıl Ordu Bakıya daxil olduqda aprel ayının 15-də Ordunun iki silahlısı bəyin M. Muxtarov küçəsi 6. yaşadığı Səadət sarayındakı evinin qapısını sındırıb zala daxil olurlar, onu təslim olmasını tələb edirlər. O, bolşeviklərin atla evinə daxil olmasını özünə təhqir hesab edir. Buna dözməyib tüfəngi götürüb 1 gülləni Anasov adlı bir bolşevikə vurub öldürür., 2- ci gülləni isə özünə vurur. Onu Əmircanda tikdirdiyi məscidin həyətində dəfn edirlər. Liza xanımı isə qulluqçular padvalda gizlədirlər. Sonralar Liza xanım Türkiyəyə-İstanbula, ordanda isə Berlinə köçür və ömrünün axırına kimi 1971-ci ilə qədər orada yaşayır.
Mənbə: bizplus.az
Digər xəbərlər
loading...