Sosial yardım sahəsi hər nə qədər şəffalandırılmağa çalışılsa da, Səlim Müslümovun işçilərinin fərasəti sayəsində bu sahəni korrupsiyadan xilas etmək faydasızdır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində elektron maxinasiyalara start verilib.
Son illər ölkə prezidenti İlham Əliyev doğurdan korrupsmyanın qarşısının alınması, çüsusən də dövlət vəsaitlərinin məmurlar tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün bir çox komleks tədbirlərin həyata keçirilməsi üçün sərancam və fərmanlar verib. Bu kompleks tədbirlərdən ən böyüyü təbii ki, ASAN Xidmət qurumudur və bu qurumun fəaliyyəti ölkə vətəndaşlarının doğurdan da təqdirini qazanıb. Eyni zamanda bir çox dövlət qurumlarında şəffaflığın təmin olunması və dövlət vəsaitlərinin mənimsənilməsinin qarşısını almaq məqsədi ilə bir sıra tədbirlər həyata keçirilib. Bunlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial yardımların verilməsi ilə bağlı şəffaflığın təmin edilməsi məqsədi ilə elektron sistem tətbiq edilməsi olub. Lakin vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun yaratdığı şəffalıq barədə fikirləri ASAN Xidmət barədə olan düşüncələrindən tamamilə fərqlidir. Çünki ASAN Xidmətdən fərqli olaraq cənab Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin yaratdığı elektron sistem ninki şəffə ola bilmədi, hətta deyə bilərik ki, Azərbaycan xalqına «elektron korrupsiya» dərsi keçən bir sistemə çevrildi.
Qeyd edək ki, daha əvvəllərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin ən çox korrupsiyalaşmış dövlət qurumlarından biri hesab olunurdu. Sədim Müslümov isə öz növbəsində nazir portfelinə sahib olduqdan sonra ilk açıqlamsı korrupsiyanı bu sahədən tamamilə silib atacağı ilə bağlı verdiyi populist bəyatat oldu. Və təbii olaraq hər kəs düşündü ki, artıq bu sistemdə bir şəffalıq yaranacaq. Və ötən ildən başlayaraq nazirlikdə sosial yardımların verilməsi ilə bağlı şəffaflığın təmin edilməsi məqsədi ilə elektron sistem tətbiq edilməyə başladı. Bu sistem ünvanlı sosial yardımların və əlillik dərəcələrinin təyin edilməsini tamamilə məmur asılılığından qurtarmalı olsa da, faktiki olaraq hazırda böyük korrupsiya mənbəyinə çevrilib. Necə?
Bu barədə Polico.az saytına daxil olan məlumatda bu korrupsiya mexanizmi ən xırda detallarına qədər izah edilir. Ünvanlı sosial yardımdan başlayaq. Elektron sistem işə salınan kimi bütün rayonlarda bu işlə məşğul olan işbazmaklerlər dövriyyəyə girdi. Daha doğrusu bu maklerlər əvvəldən də vardı və bu barədə mətbuatda yazılanlardan cild-cild kitablar nəşr etmək olar. Güman edilirdi ki, elektron sistem yarandıqdan sonra bu maklerlər ortadan qalxacaq və ancaq haqq edən dövlətin sosial yardımını ala biləcək. Lakin hazırkı mənzərə adamı doğurdan şaşırdır. Çünki hazırda bütün rayonlarda işbazlar maklerlər yenidən dövriyyədədir. Bu işbazlar hər bütün raonlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirlərinin birbaşa dəstəyi ilə hər yerdə internet köşkləri yaranıb. Sistemin çatışmayan nöqtələrindən istifadə edən işbazlar sosial yardım almaq üçün elektron ərizə verən vətəndaşların məlumatlarını ələ keçirir, sonra özlərinə sərf edən və sənədlərdə qüsuru olan şəxslərlə əlaqəyə keçərək bir neçə ay sosial yardımın pulunu əvvəlcədən almaq şərti ilə həmin şəxslərə qeyri-qanuni sosial yardım almalarına nail olurlar. Elektron sistemə görə isə bu sahədə hər şey şəffafdır və demək olar ki, rüşvət güya bu sistemdə qəğtyyən rol oynamır. Məsələn ailənin işləyən üzvünü ailə tərkibində göstərməməklə, yaşayış yerini, əmlakı, torpağı və s düzgün göstərməməklə bu işi görmək olar.
Etibar Pirverdiyevin karyerasının sonu görünür - ASC rəhbəri niyə qəzəbə tuş olub?
Səlim Müslümovun işçilərinin rahat şəkildə rüşvət ala bilmələri üçün elə nazirliyin rəhbərliyi münbit şərait yaradıb. Mənbəmiz iddia edir ki, nazirliyin rəhbərliyi bu işlərdən xəbərsiz deyil. Çünki nazirlik yerli şöbələrə göstəriş verib ki, məlumatlar yerindəcə planşetlər vasitəsilə yoxlanılsın.Yoxlama isə gəlir mənbəyidir.
Məsələ burasındadır ki, yoxlamanı aparan məmurun yoxlama vaxtı aşkar etdiyi göstəriciləri yardım alanın müraciət vaxtı təqdim etdiyi göstəricilərə uyğunlaşdırmaq imkanı var. Başqa sözlə yardımın davam edib-etməsi məmurun ixtiyarına verilir və yenə əvvəlki kimi rüşvət imkanı yaranır. Yeni sistem vətəndaşın öz məlumatlarını saxtalaşdırmaqla cinayət etməsinə yol açır və nazirlik yoxlayıcılarının həmin cinayətin ört-basdır olunması imkanları yaranır. Bu imkan isə gəlir mənbəyidir. İtirən isə yenə də dövlət büdcəsi olur.
Mənbə bildirir ki, saxta əlillik dərəcələrinin verilməsində mexanizm bir qədər fərqlidir. Sadə dillə izah etsək burada bir rayonun TSEK sədri öz rayonunun əlillik işlərinin baxılmaq üçün hansı rayona göndərildiyindən nazirlik vasitəsilə xəbər tutur, vətəndaş «sözəbaxan»dırsa həmin rayonun TSEK sədri ilə sövdələşərək məsələni həll edir.
Mənbə qeyd edir ki, Əmək müfəttişliyində olduğu kimi bu sahədə də monitorinqin aparılması ASAN xidmətə verilməzsə, nazirliyin indiki komandası ilə bu sahədə qayda-qanun yaratmaq mümkün olmayacaq. Çünki hər şey özü-özündən asılıdır. Və sosial yardımın «asan»laşması ASAN Xidmətdən keçir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsələ ilə bağlı möqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...