Milli Məclisdə yeni təyinat

Amansız diktatorları dəstəkləyən pontifik - VI YAZI

Bir fakt kimi məlumdur ki, Roma papası XI Piy (1922-1939), bəşəriyyət üçün böyük təhlükə olmuş faşist partiya rəhbərlərinin – İtaliyada Mussolini, Almaniyada isə Adolf Hitler – hakimiyyətə gəlməsində müstəsna rol oynamış və əlbəttə ki, həmin cinayət xarakterli addımı atan zaman o, hər iki diktatordan milyonlarla pul almışdır. Müharibə başa çatandan sonra gözü rüşvətdən doymayan pontifik, milyonlarla insanı amansız üsullarla öldürmüş nasist funksionerlərini, özünün tranzit xətti ilə Cənubi Amerikaya yollayaraq, onları ədalət məhkəməsindən gizlətməyə müvəffəq olmuşdu. O da məlumdur ki, Üçüncü Reyxin 500 milyardlıq qızıl ehtiyatı yoxa çıxmış və müstəqil araşdırıcıların fikrincə, həmin xəzinənin izi gedib Vatikanda itir.
Ətraflı

Katolik papa, ispan inkvizisiyası və ərəblərlə yəhudilərə qarşı soyqırım - III YAZI

Bu ondan xəbər verir ki, xristianlıq prinsiplərindən uzaq olan katolik papaları başqalarının qazandıqlarını reket yolu ilə ələ keçirmiş, üstəlik isə həmin adamları ən sərt üsullarla öldürmüşdülər. Buna bariz nümunə 1492-ci ildə İspaniyada Rekonkista başa çatan kimi ərəblərə və yəhudilərə qarşı törədilən soyqırım idi ki, həmin cinayətdən sonra ölkədə əsrlərboyu yaşamış iki böyük xalqın varidatı ispan inkvizisiyası ilə pontifik arasında bölüşdürülmüşdü. Bu azmış kimi ispan konkistadorları, sonradan isə portuqal, ingilis və fransızlar Amerika qitəsinə yollanaraq, orada minillərlə yaşamış on milyonlarla aborigenlərə qarşı soyqırım tətbiq etmiş və görməmişcəsinə onların maddi sərvətlərini, xüsusən də qiymətli metalları və daş-qaşları Avropaya daşımışdılar.
Ətraflı