Politoloq: “Türkiyə ilə Rusiya Türkiyənin Suriyanın şimalında təhlükəsizliyini təmin etmək üçün terrorçulara qarşı mübarizə məsələsində koordinasiyalı hərəkət etmək yönündə razılığa gəliblər”
“Bu gün Suriyada əsas həlledici güclərdən birir Rusiyadır ki, Türkiyə də bu Suriya məsələsində Rusiya ilə bütün sahələrdə anlaşmaya razılıq verib”.
Bu sözləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Suriya ətrafında krizisin böyüdüyü şəraitdə Rusiya prezidentinin İstanbula səfər edərək Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşünü PİA.AZ-a şərh edərkən bildirib.
Xəbər verdiyimiz kimi oktyabrın 10-da prezidenti Vladimir Putin İstanbula səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.Görüşdə iki tərəfli əməkdaşlığın müxtəlif aspektləri ilə yanaşı bir çox məsələlər o çümlədən də Suriya məsələsi əsas müzkirə obyekti olub. Bundan əvvəl isə ABŞ Rusiyanı Suriyanın Hələb şəhərində dinc əhalini bombardman etməkdə günahlandıraraq, Susiya ilə Suriya probleminin həlli ilə bağlı danışıqları dayandırdığını bəyan etmişdi.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Türkiyə və Rusiya prezidentlərinin baş tutan İstanbul görüşünü və ABŞ-Rusiya gərginliyinin əsas məsələsi olan kritik Suriya məsələsində Ərdoğan və Putinin razılaşma əldə etmələri nə qədər mümkünlüyü ilə bağlı PİA.AZ-ın əməkdaşının sualların cavablandırıb.
Natiq Miri: “ABŞ Türkiyədən fərqli olaraq terrorçularla əlaqəli fəaliyyət içindədir”.
PİA.AZ politoloq Natiq Mirinin gündəm mövzu ilə bağlı müsahibəsini oxucularının diqqətinə çatdırır:
-Türkiyə və Rusiya prezindetlərinin İstanbulda baş tutan görüşünü necə dəyərləndirirsiniz?
-Əslində Rusiya və Türkiyə prezidentlərinin görüşdüyü konqres enerjinin daha çox sülhə xidmət etməsinə çaılışılan bir konqres idi. Çünki bilirsiniz ki, bütün zamanlarda dünya savaşları və bir çox savaşlar həmişə əsasən enerji mənbələləri uğrunda baş verib. İndiki zamanda da, hətta Suriyada da bu gün əsas savaş neft və qaz mənbələri yerləşən məkanlarda gedir. Eyni zamanda bu proses İraqda da eynən belədir. Hətta qlobal terror şəbəkəsi olan İŞİD belə bu gün həm İraqda, həm Suriyada, həm də Liviyada belə əsasən enerji mənbəyi olan şəhərlərdə kök salır. Yəni əsasən o əraziləri işğal edir.
Bütün bunlara görə də İstanbulda keçirilən bu tədbir daha çox enerji daşıyıcılarının sülhə xidmət etməsi yönündə atılmış bir addım idi. Eyni zamanda gələcəkdə bütövlükdə dünya dövlətlərinin enerji siyasətinin təkminləşdirilməsi üçün əlaqələrin müsbət yöndə inkişafına dəstək xarakterli bir konqres idi. Bunlardan başqa ən əsas Qlobal Enerji Konqresi Türkiyənin beynəlxalq səviyyədə imicini müsbət mənada artırmış oldu.
- ABŞ-Rusiya gərginliyinin əsas məsələsi olan kritik Suriya məsələsində Ərdoğan və Putinin razılaşma əldə etmələri nə qədər mümkündür?
- Məncə Türkiyə ilə Rusiya Türkiyənin Suriyanın şimalında təhlükəsizliyini təmin etmək üçün terrorçulara qarşı mübarizə məsələsində koordinasiyalı hərəkət etmək yönündə razılığa gəliblər. Bu da Türkiyə üçün çox vacib bir məsələdir. Çünki həm Türkiyə, həm də Rusiya hərbiçiləri həm havada, həm də quruda bütün məsələrəri koordinasiya edərək qarşılıqlı olaraq bir-birlərini xəbərdar edirlər. Bundan əlavə bundan sonra Türkiyə və Rusiya Suriyadakı bütün əməliyyatları razılaşdıracaqlar. Ayrıca gələcəkdə ola bilsin ki, terrorçulara qarşı Türkiyə Rusiya ilə birgə, yəni koolsiya şəklində mübarizə aparmaq məsələsi də gündəmə gəlsin. Hələlik bu haqda konkret razılaşma, plan yoxdur. Ancaq düşünürəm ki, bu məsələ də müzakirə obyektinə çevrilib.
Türkiyə üçün həsas olan digər bir məsələ də var. Bildiyimiz kimi ABŞ Suriyanın şimalında Türkiyənin sərhədləri boyunca Aralıq Dənizinə çıxacaq bir kürd koridoru yaratmaq istəyirdi. Ancaq Türkiyənin Suriyaya hərbi müdaxiləsi, yəni İŞİD-a qarşı mübarizəsi üçün Azad Suriya ordusuna dəstək verərək Suriyanın şimalına hərbi birliklərini yeritməsi bu planın üstündən xətt çəkdi.
Ayrıca çox strateji məntəqələrdən biri olan Yembik bu gün məhz ABŞ-ın dəstəyi ilə PKK-a terrorunun Suriya qolu olan YPG-PYD güclərinin əlindədir. Buna görə mən düşünürəm ki, bu məsələdə də Türkiyə-Rusiya arasında konkret razılaşma var. Çünki artıq Türkiyə-Rusiya yaxınlaşmasından sonra Rusiya birmənal olaraq PKK-a terrorçularına və onların Suriya uzantılarına yardım etməyəcəyi ilə bağlı Türkiyə ilə bu məsələni razılaşdırıb. Yəni bu məsələlər Türkiyənin maraqları çərçivəsindədir. Buna görə bu məsələlər çərçivəsində Rusiya ilə anlaşmaq Türkiyə üçün çox vacibdir.
Bildiyimiz kimi Hələbin özündə belə bu gün çox böyük savaş gedir. Hələbdə yarısı Əsəd rejiminə qarşı vuruşan müxalif güclər mühasirə altındadır. Məhz buna görə Rusiya və Əsəd qüvvələrinə aid olan hərbi hava qüvvələri, qırıcı təyyarələri həmin Hələbi bonbardman edir. Bu bonbardmanın nəticəsində kütləvi mülki şəxslər, qocalar, qadınlar, uşaqlar da tələf olur. Ayrıca hümanitar obyektlər, xüsusi ilə də xəstəxanalar və hospitallar da bu bonbardmanlara məruz qalırlar. Bu da təbii ki, dünya birliyinin ciddi narazılığına səbəb olur.
Mən düşünürəm ki, bu atəşkəsin dayandırılması və yenidən bu məsələdə hümanitar yardımların mülkü şəxslərə çatdırılması yönündə də Türkiyə-Rusiya arasında konkret razılıq əldə olunub. Eyni zamanada Türkiyə ABŞ-la Rusiya arasında yenidən Suriya məsələsində danışıqların başlamasına da bir vasitəçiliyi öz öhtəsinə götürüb. Bu məsələ də ciddi müzakirə obyekti olub.
Bildiyimiz kimi ABŞ Suriya məsələsində artıq Rusiya ilə diplomatik danışıqların dayandığını elan etdi. Bu hadisə də yeni bir savaş təhlükəsi yaratdığı üçün təbii ki, Türkiyə regional güc olduğunu isbatlamaq üçün hərəkətə keçməli idi. Artıq yenidən Rusiya və ABŞ-ın dövlət katibi və xarici işlər nazirlərinin görüşü hazırlanır. Bu görüşlərin razılaşdırlmasında təbii ki, Türkiyənin yürütdüyü siyasıtin nəticəsidir. Buna görə də düşünürəm ki, Türkiyə həm regional güc, həm də Suriya ilə qonşu ölkə olduğu üçün bu məsələlərdə aktiv olacaq. Həm də artıq reallıqdır ki, bu regionda hər hansı bir ciddi münaqişəni Türkiyəsiz həll etmək artıq mümkün deyil. Buna görə də Türkiyənin bu məsələləri həm Rusiya, həm də digər dünya gücləri ilə müzakirə etməsi normaldır və təbiidir.
- Siz dediyiniz kimi, Suriya məsələsində koolisiya yaratmaq səviyyəsində Putin-Ərdoğan razılaşması olarsa, bu NATO-Türkiyə münasibətlərinə necə təsir edər?
-NATO birmənalı şəkildə bəyan edib ki, Suriyaya hərbi müdaxilə etməyəcək. Həm də, biz Suriya məsələsində bu gün NATO-un Türkiyəyə verdiyi dəstəyi də ciddi mənada görmürük. Ən azından NATO havadan müdafiə, raket sistemlərinin ən köhnələrini Türkiyəyə verdiyi üçün, bu gün müasir dünyada onlar heç bir işə yaramır. Hətta o sistemlər İŞİD terror qruplaşmasının ərazisindən Tükiyə ərazisinə atdığı primitiv raketləri belə, yəni katyuşa karektərini belə zərərsizləşdirə biləcək gücdə deyil. Belə olan təqdirdə təbii ki, Türkiyə öz başının çarəsinə baxmalıdır. Buna görə də artıq Türkiyə NATO-dan kənarda özü öz təhlükəsizlik məsələləri ilə bağlı çox ciddi şəkildə məşğuldur. Ayrıca Türkiyə özü müstəqil şəkildə İŞİD-a qarşı hərbi əməliyyatlar aparır. Hətta Türkiyə ABŞ-la birgə simvolik də olsa, Suriyada İŞİD-ın paytaxtı olan Rakkada hərbi əməliyyatların keçirilməsinə də razıdır. Türkiyənin yeganə şərti ondan ibarətdir ki, bu əməliyyatda sadəcə PKK-a terrorunun Suriya uzantısı olan PYD-YPG qüvvələri iştirak etməsin.
Yəni Türkiyə əlində ABŞ və NATO qüvvələri ilə əməkdaşlıq etmək iştəyir. Ancaq problem ondadır ki, ABŞ kimi NATO-a rəhbərlik edəcək güc Suriyanın daxilində terrorçu qüvvələrə daha çox üstünlük verir. Bu da təbii ki, ikili standartdır və Türkiyənin dövlət maraqların uyğun deyil. Çünki bu terrorçuların gücləndirilməsi Türkiyə sərhədlərində Türkiyəyə çox ciddi təhlükə yaradır. Bütün bunlara görə düşünürəm ki, NATO və ABŞ daha çox düşünməlidir, nəyinki Türkiyə. Çünki alternativlər mövcuddur. Bu gün Suriyada əsas həlledici güclərdən birir Rusiyadır ki, Türkiyə də bu məsələdə Rusiya ilə bütün anlaşmaya razılıq verib. Sadəcə yeganə məsələ Əsədin hakimiyyədə qalıb qalmaması məsələsidir ki, bu məsələlərdə hələlik Türkiyə nisbətən loyal münasibət bəsləyir. Yəni bu gün Türkiyə birmənalı olaraq Əsədin getməsin istəmir. Ancaq təbii ki, bu da müvəqqəti xarakter daşıyır.
-Türkiyənin NATO-dan kənar İraqda və Suriyada müharibəyə qoşulması ehtimalı varmı?
- Əslində bu gün Türkiyə Suriyadadır və Suriyada olan ən böyük terror bəlasına qarşı çox ciddi mübarizə aparır. Çox maraqlıdır ki, Türkiyə bu mübarizəni yerli qüvvələrin, yəni bu torpaqların sahibi olan güclərin sayəsində aparır. Onlara havadan və qurudan ciddi mənada dəstək verir. Ancaq ABŞ Türkiyədən fərqli olaraq terrorçularla işləyir. Yəni bu gün bir terroru digər terrorçu ilə bitirmək absurt məsələdir. Çünki bi terroru bitirmək üçün digər terroru mütləq mənada dəstəkləmək və yemləmək lazımdır. Bu da digər terroru gücləndirir. Buna görə də mən hesab edirəm ki, bu cür absurt yanaşmanı Türkiyə qəbul etmir.
Təbii ki, Mosulun özündə yaşayan sünni əhali var. Bunlar həm türkmənlər, həm ərəblər, həm də kürdlərdir. Türkiyə bu qüvvələrdən, insanlardan beş minə yaxın ciddi surətdə təlim almış ordu yaradıb. Bu gün də Türkiyə tələb edir ki, Mosulun alınmasında bilavasitə Mosulda yaşayan həmin hərbi təlim almış güclər iştirak etməlidir ki, gələcəkdə məzhəb savaşı çıxmasın. Çünki bu gün İraq və eyni zamanda İraqda çox ciddi təsiri olan İran şiə qüvvələri adı altında hərbi qüvvələr yaradıb.
Bu qüvvələrin Mosula müdaxiləsi və sonradan Mosulda qalması, ayrıca Mosula başqa yelərdən insanların transfer olması, bu Mosul daxilində yeni bir məzhəb savaşına gətirib çıxarda bilər. Buna görə də təbii ki, Türkiyə tələb edir ki, mütləq mənada Türkiyənin təlim verdiyi qüvvələr Mosulu azad etməlidir. Dolayısı ilə də Türkiyə bu prosesdə iştirak etmək istəyir və düşünürəm ki, iştirak edəcək.
Nərminə UMUDLU (pia.az)
MilliYol.az
Digər xəbərlər
loading...