Ağ Evdə prezident Donald Trampla İsrail baş naziri Benyamin Netanyahu arasında görüş Aralıq dənizindən İordan çayınadək ərazidə “iki dövlət” ideyasının sonu kimi tarixə düşəcək
Liberal müxalifətdən Knesset deputatı Erel Marqalit İsraildə kürəsəlçi azlıq mühitindəki matəm atmosferini ifadə etməklə “sağlar”ın tam qələbəsi haqda sarsıdıcı bəyanat verib. Dünya KİV-ləri onun dediklərini təkrar edib. İsrail baş naziri mətbuat konfransının gedişində “iki dövlət” ideyasını bir dəfə də xatırlatmayıb, Amerika prezidenti isə birbaşa deyib ki, israillilər və fələstinlilər üçün bu cür yaxşı olacaqsa, onun administrasiyası hər bir dövlət, həm də iki dövlət ideyasını dəstəkləməyə hazırdır.
Baş vermişlərin önəmini dərk etmək üçün hansı ərazilərdən və hansı dövlətlərdən danışdığmızı xatırladaq. Görünür, müzakirə aparanların böyük qismi predmetin özü haqda çox az bilir.
Tezliklə Balfur bəyannaməsinin yüz ili tamam olacaq. Britaniya imperiyasının xarici işlər naziri o zaman bildirib ki, Osmanlı imperiyası qalıqlarının bölünməsi zamanı ingilislərin əldə etdiyi ərazi milli ocaq yaradılması üçün yəhudi xalqına veriləcək. Söhbət təkcə indiki İsraili deyil, həm də İordaniyanı əhatə edən ərazidən gedib. Bu, Millətlər Liqası tərəfindən təsdiq olunub və Balfur bəyannaməsinə hüquqi çəki verib. Lakin Britaniyanın Fələstin mandatı altındakı yəhudi sakinlərə və mühacirətdən qayıtmışlara iltifatı ərəblərdə aşkar nifrət doğurub. Bu, yəhudilərin İudeyaya qayıdışına mane olmaq və ərəb dünyasına imperiya istinadında ifadə olunuib. Bunula belə Fəlsətin mandatı altında yəhudilərlə ərəblər arasındakı münaqişə ağırlaşıb və beynəlxalq müdaxilə və İordan çayından qərbə iki dövlətin – yəhudi və ərəb dövlətlərinin yaradılması haqda BMT-nin 1947-ci il 29 noyabr tarixli qərarına səbəb olub. Ərəb ölkələri və Fələstin mandatı altındakı ərəb sakinlər bu qətnaməni qəbul etmədiyindən tövsiyədən artıq olmayıb, Millətlər Liqasının əzəldən məcburi xarakter daşıyan qərarı isə hüquqi qüvvəsini saxlayıb.
1948-ci il mayın 15-də İsrailin müstəqilliyi elan olunub, ardınca yerli ərəb əhali və yeddi ərəb ölkəsinin orduları ilə müharibə alovlanıb. Qoşunların savaşı nəticəsində yəhudi dövlətinin sərhədləri 21 min kv. km həcmində qeydə alınıb, qalan 6,5 min kv.km-lik ərazi isə yeni yaradılmış İordaniya tərəfindən işğal olunub. İsrail 1967-ci ildə bu ərazini tutana qədər həmin ərazidə Fələstin dövlətinin yaradılması haqda heç kim danışmayıb.
Qeyd edək ki, İsrailin yaranışında Sovet İttifaqı həlledici rol oynayıb. Həm də təkcə BMT-də səs vermək və SSRİ xarici işlər naziri Andrey Qromıkonun tarixi nitqi deyil. Moskva yəhudi könüllülərinə Çexoslovakiya vasitəsilə silah tədarük edib. Bu gün bəziləri unudurlar ki, SSRİ o zaman yeni yaranan İsrailə son dərəcə mühüm yardım edib. Sonralar dövlət başçısı olmuş Qolda Meir deyirdi ki, sovetin köməyi olmadan İsrail duruş gətirə bilməzdi.
İsrail 1967-ci ildə altıgünlük müharibənin gedişində məcburi və önləyici adlandırmaqla ilk olaraq Misir və Suriyaya zərbə endirib. Ərəb ölkələri və SSRİ israillilərin hərəkətini təcavüz elan etdilər. Lakin İordaniya ilə savaş onun həmin günlərdə İsrailə hücumundan sonra baş verib. İsrail döyüşlərin gedişində bütün Sinay yarımadasını, Holan yüksəkliklərini tutub, İordaniyadan isə Qərb sahili ilə yanaşı Şərqi Yerusəlimi alıb. İsraildə və tarixi terminologiyada 6,5 min kv.-km-lik bu ərazilər İudeya və Samariya adlanır, lakin iordaniyalılar İordan çayından qərbdə yerləşdiklərindən bura Qərb sahili deyirlər və İordaniyanın əsas ərazisi şərq sahilində yerləşir. Qeyd edək ki, İsrail sülh sazişi çərçivəsində Sinay yarımadasının hamısını Misirə verib, İordaniya isə İudeya və Samariyadan (Qərb sahilindən) imtina edib, lakin ərəb sakinlər üçün dərhal Fəlsətin dövlətinin yaradılması haqda tələb meydana çıxıb. Dünya ölkələrinin əksəriyyəti prezident Trampın hakimiyyətə gəlişi ərəfəsində bu fikrdəydi ki, İsrail bu əraziləri Fələstin dövlətinin yaradılmasına verməlidir. Hətta prezident Obama bu ideyanı ən fəal şəkildə irəli sürüb və İsraillə münasibətləri təngə gətirən böhran nişanəsinə qədər çatdırıb.
İsrailin İudeya, Samariya (Qərb sahili) və Şərqi Yerusəlim üzərində 50 illik nəzarəti müddətində yarım milyondan çox yəhudi orada məskunlaşıb və artıq əhalinin dörddə birindən çoxunu təşkil edir. Obama administrasiyası, həmçinin Rusiya XİN İsrailin bu addımlarını sərt şəkildə qınayıb. Rusiyanın BMT təmsilçisi Vitali Çurkin bir neçə ay öncə narahatlığını ifadə edib ki, İsrailin məskunlaşma siyasəti münaqişəni iki dövlətin yaradılmasının qeyri-real olduğu dönməzlik nöqtəsinə çatdıra bilər. Rusiyanın ən təcrübəli diplomatının bəsirətli baxışı bu əraziərin təkcə israillilər tərəfindən məskunşadırılması faktı ilə deyil, həm 60-cı illərin ortalarında özlərini fələstinlilər adlandıran ərəblərin də mövqeyi ilə təsdiqlənir. İki dövlət haqda beynəlxalq ictimaiyyətin qəbul və Dövlət Departamentinin təhrik etdiyi etdiyi mantra dalana dirənib, çünki Fələstin tərəfi İsrail məskənlərinin tam təxliyəsini və isriallilərin orada sıfır iştirakını tələb edir. Eyni zamanda fələstinlilər İsraili yəhudi dövləti kimi tanımağa hazır deyillər. Yəni bir tərəfdə birmillətli Fələstin dövləti, digər tərfədə isə ərəblər də daxil olmaqla bütün vətəndaşların dövləti İsrail. Bu, danışıqların uzun illər ırzində girdiyi dalandır.
Demək olar ki, İsrail baş naziri Netanyahunun “iki dövlət” ideyasını formal tanımağı o zamankı dövlət katibi Hillarin Klintonun təzyiqi altında məcburi taktiki gediş idi. İsrail siyasətindən xəbərdar olanlar razılaşarlar ki, indiki baş nazir və İsrail dövlət xadimlərinin böyük əksəriyyəti münasqişənin amerikalıların sırıdığı yanaşma vasitəsilə həlli imkanına heç vaxt inanmayıblar.
Formal razılıq Fələstin tərəfinin özü üçün monoetniklik tələbi ilə İsraili heç zaman yəhudi dövləti kimi tanımayacağına əminliyə görə verilmişdi. Bu isə sazişə gəlmək imkanını istisna edirdi.
Görünür, Tramp və çevrəsi sələflərinin nədə yanıldığını anlayır. Deyəsən, İsrail baş naziri daha yalan deməməyi qət edib və bu dəfə “iki dövlət” barədə bir kəlmə də danışmayıb.
Və nə etməli? Dalandan necə çıxmalı? Demək lazımdır ki, Netanyahunun əzəli mahiyyətcə barışığın mühümlüyü haqda sözlərində rasionallıq payı var idi. Barış və xeyirxah yanaşı yaşamaq istəyi müqabilində hər iki tərəf üçün məqbul olan formal barışığın bir neçə yolunu təklif etmək mümkündür. Lakin bu cür qarşılıqlı əhval olmasa, heç bir saziş sülhə səbəb olmayacaq. Hətta əvvəlki dəyişikliklər tətbiqi cəhdi ancaq terrora və qan axmasına gətirib çıxarıb. ABŞ Dövlət Departamentində son zamanlar bunu başa düşmürdülər.
Beynəlxalq və ərəb KİV-ləri prezident Trampın bəyanatını dəyərləndirməkdə bu gün yekdildir: “iki dövlət” ideyasından imtina Amerikanın Yaxın Şərq siyasətində yeni eranın başlandığını göstərir. Əlamətdardır ki, ərəb ölkələrində Vaşinqtonun taleyüklü bəyanatına qarşı heç bir hədəli söz səslənməyib. Onlar dünya bazarında neftin qiymət və önəminin azalması nəticəsində nüfuzun itməsi labüdlüyünü başqalarından daha yaxşı dərk edirlər. Həqiqətən də Fələstin problemi ərəb liderlərini yerindən oynatmaqdan əl çəkib: onların qayğıları və daha qatı dərdi var.
MilliYol.Az
Digər xəbərlər
loading...