Səudiyyə Ərəbistanının şahzadəsi Amira əl-Tavil müsəlman ərəblər arasında ən cəsarətli qadınlardan sayılır.
Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 33 yaşlı əl-Tavil doğuşdan "şahzadə" deyil. O, ərəb şahzadəsi Əlvalid bin-Talalla evləndikdən sonra bu adı qazanıb. 2014-cü ildə cütlük boşanıb. Buna səbəb isə şahzadənin üçüncü həyat yoldaşı Amiranın ana ola bilməməsidir.
Boşandıqdan sonra ictimai həyatda bir qədər də aktivləşən Amira nüfuzunu daha da artırır. O, qadınların hüquqlarını müdafiə edir, onların təhsil almaları və istədikləri kimi davrana bilmələri üçün mübarizə aparır. Ənənəvi ərəb geyimindən imtina edən şahzadə gözəlliyi və savadı ilə hər kəsin sevimlisinə çevrilib.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...