"Bildiyiniz kimi, Quba şəhərindəki “Soyqırımı memorial kompleksi” 1918-ci ildə erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımı nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə yaradılmış abidədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il dekabrın 30-da imzaladığı Sərəncama müvafiq olaraq Heydər Əliyev Fondu tərəfindən yaradılmış kompleks ən müasir standartlara cavab verir və öz möhtəşəmliyi ilə seçilir. Abidə-muzeydə mövcud olan şərait və tarixi sənədlər, faktlar və ekspozisiyalar həmin dövrdə erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə məlumat əldə edilməsi və bütün bunların dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradır" Ətraflı
Türkiyə 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhddə şübhəli bilinən hərbçilərə Almaniya tərəfindən qaçqın statusunun verilməsini ikitərəfli münasibətlərə zərbə hesab edir Ətraflı
"Məlumdur ki, hazırda bank sistemində ciddi dəyişikliklərə ehtiyac var. Faktlar göstərir ki, problemli aktivlərin taleyi həll olunmalıdır. Bank sistemindəki əskikliklərin bu fərmanın icrası ilə yaxın vaxt ərzində həll olacağına ümid edirəm. Maliyyə Bazarlarına Nəzarət Palatası bu işlə daim məşğuldur və mütəmadi olaraq diaqnostik yoxlamalar aparır".
Ətraflı
2 gün əvvəl Bakının Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmamış Ağəli Fərəclinin idarə etdiyi "Porsche Cayenne Magnum" markalı, 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə vurub öldürdüyü qadının meyiti ailəsinə verilib.
Ətraflı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə ittiham aktında MTN-in əməkdaşı Malik Mustafayevin intiharı epizodu üzrə maraqlı faktlar əksini tapıb.
Ətraflı
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir Ətraflı
Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı yeni məlumatlar üzə çıxıb. Musavat.com-un əldə etdiyi məlumata əsasən, idarə içərisində olduqca əzazil və işçilərinin haqqını kəsən adam kimi tanınan Qüdrət Şükürovun dəbdəbəli həyatının mənbəyi onun büdcədən mənimsədiyi, milyonlarla ölçülən vəsaitdən gəlir.
Ətraflı
Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova toy mərasiminin 400 min dollara başa gəlməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Ətraflı