Kritofer Reyi “Qazprom”la nə bağlayıb?
Bu yaxınlarda ABŞ prezidenti Donald Trampın Ceyms Komidən boşalan FTB direktorluğuna gətirmək istədiyi namizəd bəlli olub.
Bu 51 yaşlı Kristofer Reydir. Gələcək direktor ABŞ-ın ən prestijli hüquq məktəblərindən sayılan Yel universitetini bitirib. Hüquq praktikasına vəkil kimi başlayan Rey 1997-ci ildən məhkəmə və hüquq sistemində çalışıb. Dövlət pillələrində irəliləməyi bacaran Kristofer Rey 2003-2005-ci illərdə ABŞ Ədliyyə nazirliynin kriminal şöbəsinə rəhbərlik edib.
Daha sonra o, King & Spalding hüquq firmasının partnyoru olur: “Kağız üstündə Kristofer Rey FTB direktorluğuna ideal namizəd sayılmalıdır”, – istefada olan federal prokuror, hazırda isə McCallion & Associates hüquq firmasının böyük partnyoru Kennet F. Makkillon “USA Today” qəzetindəki məqaləsində yazır.
Məqalə müəllifi K. Reyin özünü federal dövlət işində olduqca yüksək keyfiyyətli işçi kimi göstərdiyini qeyd edib.
Lakin Makkillonun iddiasına görə, yeni namizədin də Trampın özünün və komandasının bir sıra üzvləri kimi Rusiya ilə bir sıra bağlantıları ortaya çıxıb.
Belə ki, onun “King & Spalding” firması “Rosneft” və “Qazprom” şirkətlərinin hüquq təmsilçiliyini icra edib. Müəllifin sözlərinə görə, Britaniyanın Mİ-6-da, Kridtofer Smitin Tramp barədə hazırladığı dosyedə bununla bağlı maraqlı faktlar yer alıb.
Dosyeyə əsasən,“Rosneft”in rəhbəri İqor Seçin seçkilərdən əvvəl Donald Trampa onun qərargahının meneceri Karter Peyc vasitəsilə sərfəli təklif irəli sürüb Buna görə Seçin Rusiyaya qarşı sanksiyaların qaldırılması müqabilində Rosneft-in 19%-ni təklif edib. Dosyedə bu təklifin keçən ilin iyul ayında, Karter Peyc Moskvada olarkən verildiyi bildirilir.
Makkillon belə hesab edir ki, Tramp administrasiyası Rusiya qarşı sanksiyaların ləğv etməsi Exxon şirkətinin (indiki dövlət katibi Reks Tillersonun prezident olduğu-red.) “Rosneft”lə əməkdaşlığının bərpa etməsinə imkan yaradardı. King & Spalding hüquq şirkəti isə iki şirkət arasında yeni kontraktların imzalanmasında mərkəz rolunu oynayardı.
Müəllif belə hesab edir ki, bütün bunlar, xüususilə “Qazprom” və “Rosneft” bağlantıları Rey üçün maraqlar münaqişəsi (ABŞ-da dövlət vəzifəsini tutan adama hər hansı özəl şirkətlərlə bağlı marağının olmaması tələb olunur. Birləşmiş Ştatlarda buna maraqlar münaqişəsi deyilir-red.) riskini doğura bilər.
Bundan başqa, həmin şirkətlər və onların rəhbələrinin adları bir çox kriminal məsələlərdə hallanır. Məsələn, “Qazprom”un partnyorlarından sayılan RosUkrEnergo AG (RUE) ukraynalı oliqarx Dmitri Firtaş tərəfindən idarə olunur. Çikaqo məhkəməsi bu adama qarşı dələduzluq və fırıldaq maddələri ilə bağlı ittiham irəli sürüb. Firtaşın isə Trampıın keçmiş qərargah rəhbəri Pol Manafortla geniş maliyyə əlaqələri var.
“Belə olan halda Kristofer FTB-nin Rusiya ilə bağlı araşdırması zamanı maraqların hüquqi münaqişəsi vaqiəsi ilə üzləşə bilər”, – məqalə müəllfi qeyd edir.
Məqalə müəllfinin rəyinə əsasən, D. Tramp Kristofer Reyi FTB-yə direktor təyin etməklə özünə qarşı Rusiyaya dost münasibət bəsləyən adamların hakimiyyət gətirilməsi ilə bağlı daha bir ittihamı əlavə etmiş olacaq.
Makmillon bu səbəbdən ABŞ Senatına Kristofer Reyin namizədlliyni daha ətraflı incələməyi məsləhət görüb.
MilliYol.Az
Digər xəbərlər
loading...