Məlum olduğu kimi, Donald Tramp Tvitter sosial şəbəkəsinin böyük fanatıdır
O, bunu tərəfdarları ilə birbaşa kəmər və medianın “yalan xəbərlər”in sonlandırma vasitəsi kimi görür. Amma nədənsə Tramp iki gün ərzində mesaj yazmayıb. Amerika mediası isə bunun artıq səbəblərini araşdırmağa başlayıb və müxtəlif versiyalar irəli sürüb.
Tramp sonuncu dəfə Tvitterdə mesajı çərşənbə günü yazıb. Bu isə Tramp namizədliyini 2015-ci ildə iyun ayında elan etdiyi gündən ilk dəfədir ki, bu qədər uzun müddətliyinə (tam 48 saat) ara verib.
Bundan öncə də Tramp mesaj yazmağa ara verib, ancaq bu qədər olmayıb. İndiyə qədər onun ən uzun fasiləsi prezident seçildiyi ərəfədə, “Şükran günü”ndə olmuşdu. Lakin bu dəfə fərqlidir. Buna səbəb FTB-nin sabiq rəhbəri Ceyms Kominin çərşənbə günü mediada çıxan yazılı ifadəsi və cümə axşamı isə Kominin Senatın xüsusi kəşfiyyat komitəsində dinləmələrdə verdiyi ifadənin olduğu bildirilir. Digər tərəfdən bu Trampa xas xüsusiyyət də deyil ki, Komiyə Tvitterdən canlı-canlı cavab yazmasın.
Bir sıra səbəbləri ola biləcəyini bildiriblər.
Birincisi, ola bilsin ki, kimsə Trampın əlindən mobil telefonunu alıb. Lakin bu versiya inandırıcı deyil, çünki o, ABŞ-nin prezidentidir. Bndan əvvəl o, tənqidlərə baxmayaraq, Tvitterdəmesaj yazmağa davam edib.
İkinci iddia odur ki, Tramp, nəhayət, siyasi və hüquqi təhlükənin fərqinə vardı və başa düşdü ki, mesaj yazdıqca işləri daha da pis edir. Lakin bu versiyanı inkar edən faktlar var. Belə ki, Tramp siyasi və hüquqi şərait nə qədər pis olsa belə sosial mediasından əl çəkməyib. Məsələn, o, Rusiya təhqiqatını “Amerikanın siyasi tarixində ən böyük ifritə ovu” adlandırmışdı.
Üçüncüsü, o ola bilər ki, Trampın komandası keçən iki gün ərzində Trampı işlə o qədər məşğul ediblər ki, Tramp çox düşünməyə məcbur olub və Tvitterə ara verməyə məcbur olub. Lakin hər kəs də bilir ki, Tramp hirslidir və bunun belə onu dayandıracağı mümkünsüz görünür.
Nəhayət, iki gündən sonra Tramp Tvitter hesabından mesaj yazıb və bu mesaj gözlənildiyi kimi, FTB-nin sabiq rəhbəri Ceyms Komi haqqında olub.
"Bu qədər saxta məlumatlara və yalanlara baxmayaraq, total və tam bəraət....vaoo... Komi xəbər sızdırandır" - Tramp yazıb.
MilliYol.Az
Digər xəbərlər
loading...