Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

“Bu, təhlükəli tendensiyanın başlanığıcıdır” - Gültəkin Hacıbəyli

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, sabiq deputat Gültəkin Hacıbəyli “Strateq.az”-a müsahibəsində Azərbaycanda baş verən son olaylara – Mingəçevirdə yaranan enerji böhranına, Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən sui-qəsdə və polis zabitlərinin qətlə yetirilməsinə müxalifətin münasibətini açıqlayıb. O, həmçinin təmsil etdiyi təşkilatın yaranmış situasiyadan çıxış yolları barədə təkliflərini səsləndirib
Ətraflı

“Münasibətlərimiz heç vaxt bu qədər pis olmayıb” – Prezidentlərin başlıca bəyanatı…

Helsinki sammitindən sonra Rusiya və Amerika Birləşmiş Şataları (ABŞ) prezidentləri keçirdikləri birgə mətbuat konfransında xarici-siyasi məsələləri – Suriyanı, Ukraynanı və silahlar üzərində nəzarəti müzakirə etdiklərini bildiriblər. Təmas nöqtələri, fikir ayrılıqlarının tənzimlnməsinin variantlarını – arayıblar və ümumilikdə, sammitdən məmnun qalıblar
Ətraflı

“Dünən Elmar Vəliyevi ziyarət etdim…” - Yevlaxın deputatından Fəzail Ağamalıya cavab

“Mən dünən Elmar Vəliyevi ziyarət etdim. Elmar Vəliyevlə mən uzun müddət bir yerdə işləmişik. Mən Yevlax şəhəri Yeni Azərbaycan Partiyasının sədri və Yevlax Mərkəzi Xəstəxanasının baş həkimi işləyərkən, Elmar Vəliyev də icra başçısı idi. Cənab prezident İlham Əliyevin diqqət və qayğısı, Elmar Vəliyevin işgüzarlığı ilə Yevlax şəhərində yenidənqurma işləri aparıldı, parklar, mədəniyyət mərkəzləri, insanlar üçün yeni iş yerləri yaradıldı. Mən də o hadisələrin şahidi olmuşam. Elmar müəllimlə bir yerdə fəaliyyətimiz olub. Mən Elmar Vəliyevin işgüzarlığını, fəaliyyətini, peşəkarlığını həmişə yüksək qiymətləndirmişəm. Onun insanlara olan diqqət və qayğısı göz qabağındadır. Elmar Vəliyev Yevlaxda doğulub və orada yaşayıb”
Ətraflı