Bu gün - iyulun 14-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 8-ci sessiyası keçirilib
Sessiyanın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
- 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları.
- Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi.
- "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi.
Sessiyada "Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun qəbul edilib.
İclasda bildirlib ki, Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli və 2018-ci il 6 mart tarixli qanunları ilə Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq "Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Qanunda dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb.
"Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.
Ali Məclisin sədri vasif Talıbov 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirib.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb. (modern.az)
Digər xəbərlər
loading...