16 iyulda İrəvanda növbədənkənar mer seçkisi keçiriləcək
Axar.az xəbər verir ki, bu barədə qərarı İrəvan Şəhər Məclisi verib. Növbədənkənar seçkinin keçirilməsinin lehinə 35 nəfər səs verib.
Maraqlı məqam isə 16 iyulda seçkinin keçirilməsi təklifi ilə Respublikaçılar Partiyasının çıxış etməsi olub. Hakim Yelk Bloku buna qarşı çıxaraq seçkinin 8 avqusta saxlanılmasını təklif etsə də, onların bu istəyi məclis tərəfindən rədd edilib.
Qeyd edək ki, iyulun 9-da İrəvan meri Taron Marqaryan hökumətin uzunmüddətli basqılarından sonra istefaya gedib.
Digər xəbərlər
loading...