Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəp Tayyip Ərdoğan konstitusiyaya edilən dəyişikliklərdən sonra yeni sistemə uyğun olaraq nazirlər kabinetinin tərkibini açıqlayıb
Bundan öncə jurnalistlərin qarşısına keçən prezident aşağıdakıları söyləyib:
"Ölkəmizin tarixində ən vacib demokratik dəyişikliklərdən biri bu gün başa çatıb. Biz idarəetmə sistemini demokratik şəkildə dəyişə biləcək dünyanın azsaylı ölkələrindən biri olduq.
Bir daha seçki nəticələrinin və yeni idarəetmə sistemimizin xeyirli olmasını arzulayıram. Seçkidə öz iradəsini əks etdirən 50 milyondan çox vətəndaşımıza minnətdarlığımı bildirirəm. Şəxsimi prezidentliyə layiq görən 26 milyon 331 min vətəndaşa da təşəkkür edirəm.
15 İyuldan bu yana bizi dəstəkləyən MHP və onun başqanı Devlet Bahçeliye də ayrıca təşəkkür edirəm. MHP ilə Məclisdə ölkəmizin və millətimizin rifahı naminə əməkdaşlıq etməyə davam edəcəyik.
Biz son günlərə qədər yeni idarəetmə sisteminin qurulmasını davam etdirdik. Yeni dövrün ruhuna uyğun olaraq ölkə idarəçiliyinin çərçivəsini qurduq. Bununla bağlı qanun dəyişikliyi Rəsmi qəzetdə yayımlandı. Bu gün biz rəsmən səlahiyyətlərimizin icrasına başladıq.
Nə biz, nə də gələcək prezidentlər icraedici hakimiyyətlə bağlı problemlərlər məsələsində bəhanələri qalmayıb. Millətə verdiyimiz sözləri yerinə yetirmək üçün gecə-gündüz çalışacağıq".
Musavat.com Türkyə mediasına istinadən həmin siyahını təqdim edir.
Prezident müavini: Fuad Oktay
Nazirlər:
Ədliyyə naziri: Abdulhəmit Gül
Xarici işlər Naziri: Mevlüt Çavuşoğlu
Daxili işlər naziri: Süleyman Soylu
Milli Müdafiə naziri:Hulusi Akar
Milli Təhsil Naziri: Ziya Selçuk
Səhiyyə naziri: Fahrettin Koca
Enerji naziri: Fatih Dönmez
Nəqliyyat naziri: Mehmet Cahit Turan
Ekologiya və şəhərsalma üzrə nazir: Murat Kurum
Kənd Təsərrüfatı və Meşə naziri: Bəkir Pakdemirli
Mədəniyyət və Turizm naziri: Mehmeh Ersoy
Gənclər və idman naziri: Mehmet Kasapoğlu
Əmək və sosial təminat naziri: Zehra Zümrüt Selçuk
Xəzinədarlıq və maliyyə naziri: Berat Albayrak
Ticarət naziri: Ruhsar Pekcan
Sənaye və texnologiya naziri: Mustafa Varank
Digər xəbərlər
loading...