Azərbaycan ABŞ-a nota verib

"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb"
Ətraflı

BMT Təhlükəsizlik Şurasının “Afrin gedişi” –Atəşkəs qərarından sonra Türkiyə nə edəcək?

Şənbə günü, fevralın 24-də BMT Təhlükəsizlik Şurası Suriyada atəşin dərhal və azı növbəti 30 gün müddətinə dayandırılması barədə qətnamə qəbul edib. Bu qətnamənin məhz indi – Ankara “Suriya operasında” özünün (şəxsən mənim çoxdan gözlədiyim) “Zeytun budağı” əməliyyatı şəklində ariyasını ifa etməyə başladığı bir vaxtda tələsik qəbul edilməsi barədə ayrıca söhbət açmaq olar
Ətraflı

Azərbaycan XİN Fransa XİN-in açıqlamasına münasibət bildirib

"Digər həmsədr ölkələrlə birlikdə 25 ildən artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Fransa da çox yaxşı bilir ki, regionda gərginliyin əsas səbəbi Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalını davam etdirməsidir. Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə törədilib və bunun nəticəsində 90-cı illərin əvvəllərində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətini yaşayıb"
Ətraflı

"Əsəd Afrinə girsə, kimsə bizi dayandıra bilməz"

Türkiyənin baş naziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilməsi və Bəşər Əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrin şəhərinin mərkəzinə daxil olaсağı barədə xəbərə münasibət bildirib
Ətraflı