Ötən həftə Ağ evdə Suriyadakı vəziyyətlə bağlı görüş keçirilib
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, tədbirdə prezident Donald Tramp, Ağ Ev aparatının başçısı Con Kelli, Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster və Müdafiə naziri Jim Mattis iştirak ediblər.
The Washington Post-un yazdığına görə, görüşdə rəsmilərdən biri Suriyaya yeni hərbi hərəkatın mümkünlüyünü dilə gətirib və bildirib ki, bu Suriya kimyəvi silahdan istifadə etdiyinə görə cəzalandırmaq məqsədi ilə aparılacaq. Lakin məqalədə bu sözləri deyən şəxsin kimliyi açıqlanmayıb.
Həmçinin yazıda qeyd olunub ki, Mattis bu hərəkat barədə Amerikanın qərarlı olduğunu dilə gətirib.
Pentaqonun sözcüsü məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Mattis həmin görüşdə iştirak etməyib və belə bir söhbət olmayıb.
Qeyd edək ki, bu ilin fevral ayında Suriyanın Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilmişdi ki, Amerikanın Suriyanı kimyəvi silahdan istifadədə günahlandırması əsassızdır və Suriya belə iddiaları kəskin şəkildə qınayır.
Yanvar ayının 26-da isə bombardman edilən ərazidəki yaralıların köməyinə "Ağ dəbilqəlilər" təşkilatından verilən açıqlamaya görə, Şərqi Qutada xlor qazının istifadəsi nəticəsində 3 nəfər ölüb, onlarla insan zəhərlənib.
Suriya prezidenti Bəşər Əsəd rusiyalı jurnalistlərlə müsahibə zamanı Suriyada dinc əhalinin müdafiəsi ilə məşğul olduqlarını iddia edən "Ağ dəbilqəlilər" təşkilatının üzvlərinin Əl-Qaidə terror qruplaşmasını dəstəklədiyini söyləmişdi. Bombardmanın isə Əsəd rejimi tərəfindən edildiyi iddia edilir.
Digər xəbərlər
loading...