Nizami Namazov Zakir Fərəcovun etimadını doğrultmur
Zakir Fərəcov Sumqayıta icra başçısı təyin olunandan sonra Sumqayıt təhsilində bir sıra irəliləyişlər olmuşdur.İcra başçısı şəhər təhsilinə diqqət və qayğı ilə yanaşdığından şəhərdə təhsil sahəsində müsbət addımlar atılmışdır.Amma təəssüflər olsun ki,bəzi məmurlar var ki,onlar icra başçısının bu addımlarına qarşı gedir,onu etimadını doğrultmur.
Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə Uşaq Təşkilat rəhbəri olmuş Validə Əlirzayeva İlyas qızı tərəfindən redaksiyamıza daxil olan şikayət məktubu və prezident İlham Əliyeva videomüraciət də bunu təsdiq edir.
TİA.AZ-ın redaksiyasına müraciət edən 9 saylı tam orta məktəbdə 20 ildir çalışan Validə Əlirzayeva 2017-ci ildən məktəbdə direrektor əvəzi işləyən Həqiqət Abdullayevadan və Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazovdan şikayətçidir.
Onun dediyinə görə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazov təyin edildiyi gündən Sumqayıt təhsilində rüşvət tüğyan baş alıb gedir: “Belə ki, Nizami Namazov müddətli müqavilə ilə 200-yə yaxın müəllim götürərək onların hər birindən 5000 manat pul almiş,eyni zamanda məktəblərə onlarla direktor müavini işə götürərək hər birindən 10 min manat , məktəblərə laborantlar işə götürərək hər birindən 7 min manat rüşvət alır.Onun 40 min manat rüşvət alaraq vəzifəyə təyin etdiyi şəxslərdən biri də Həqiqət Abdullayevadır. Nizami Namazov 9 nömrəli məktəbdə yarım-stavka (0.5 stavka) ilə işləyən ,orda “Dollar Həqiqət” adlandırılan xanıma direktor əvəzi vəzifəsini həvalə edib.Bu məktəbdə elə ay, elə gün yoxdur ki, pul yıgılmasın.Özunun dediyi kimi bazar gününü pul olmayan gün sayır.Maraqlı odur ki, başa verənlərlə bağlı ,təhsil nazirliyinə, prokurorluga şikayət edilsə də bu şikayətlərə baxan yoxdur.
Bir müddət əvvəl məktəbə Regional Hesablama Mərkəzindən yoxlama gəldi ,xeyli nöqsanlar tapdılar məktəbdə. Bununla bağlı cinayət işi açılmalı idi,amma açmırlar. Hal-hazırda Həqiqət Abdullayeva seckiyə görə işdən azaddır. Direktorluğu isə Nizami Namazov həvalə edib uc dəfə ailə qurmuş Rövsən İmanova. Budur Nizami Namazovun fəaliyyəti . Məktəb “ölü canlarla”; texniki işcilər,ocaqcılar və sairə işçilərlə doludur. 9 -11-ci sinif şagirdlərinin hərəsindən 500 manat,monitorinq pulu 2 manat, hər 10 muəllimdən 10 manat pul yığılır. Məktəb 6 günlük iş rejimi ilə fəaliyyət göstərsə də uşaqlar dərsə gəlmir.Prokuror köməkçisi Elviz Salayevə bu barədə şikayət edilsə bu o məsələyə laqeyd yanaşır”
Sonda Validə Əlirzayeva hörmətli prezident İlham Əliyevdən Sumqayıt təhsil şöbəsinin müdiri Nizami Namazovun və direktor əvəzi Həqiqət Abdullayevanın özbaşınalığına son qoyulması üçün göstəriş verməsini xahiş edir .
TİA.AZ olaraq Validə Əlirzayevanın prezidentə videomüraciətini də təqdim edirik.
Qarşı tərəfi də dinləməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...