Martın sonunda təqdimatı gözlənilən yeni “Xiaomi Mi Mix 2S” flaqman smartfonu süni zəka tərəfindən dəstəklənən kameraya sahib olacaq
İKT.lent.az-ın “Onliner” saytına istinadən verdiyi məlumata görə, sensor çəkiliş şəraiti və obyektləri özü tanıyacaq, nəticədə daha keyfiyyətli çəkilişlər aparmaq mümkün olacaq. Belə ki, kamera yağan qarı, sutkanın vaxtını, ilin fəslini, yeməkləri, obyektləri və digər detalları özü müstəqil müəyyən edəcək və buna uyğun çəkiliş rejimi müəyyənləşdirəcək.
Cihazın “Sony IMX363” modulu ilə də təchiz edildiyi bildirilir. Başqa versiyaya görə, bu, ikili fotomoduldur. Dəqiq məlumat hələlik yoxdur.
Smartfon “Snapdragon 845” prosessoru ilə çalışacaq. Operativ yaddaş həcmi 8 Gb-dır. Cihaz 6 düym OLED ekrana malikdir.
Rəsmi təqdimat martın 27-də olacaq.
Digər xəbərlər
loading...