Rusiya XİN Serqey Lavrov ABŞ və digər dövlətlərin Suriyanı parçalamağa çalışması ilə bağlı Moskvanın əlində tutarlı sübutların olduğunu bildirib
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Amerikalılar Suriya dövlətinin süqutu planını gerçəkləşdirmək məqsədilə, kiçik və qeyri-inkluziv qrup formalaşdırıb, bunun sübutu olaraq müxtəlif mənbələrdən hər gün daha çox məlumatlar əldə edirik”deyə Lavrov bildirib.
Rusiyalı ali diplomatın sözlərinə görə, “Cəbhət ən-Nüsrə” qruplaşması ABŞ-a Suriya dövləti ərazisində rejimi dəyişmək üçün lazımdır.
“Bizim Qərbdən olan tərəfdaşlarımız, başda ABŞ olmaqla, daha açıq planların “B”planına keçəcəyi təqdirdə yəni, Dəməşqdəki rejimi dəyişməyə cəhd etmək məqsədilə hazırda adını dəyişən, əslində isə mahiyyəti dəyişməyən “Cəbhət ən-Nüsrə” qruplaşmasını zərbə altından çıxarmağa və himayə etməyə çalışır. Əlimizdə bununla bağlı çox sayda sübutlar var” deyə Lavrov bildirib.
Digər xəbərlər
loading...