"Amerikalı tərəfdaşlar 2014-cü ildə Ukraynada çevriliş etməklə Rusiyanı sırtıqcasına aldatdı”
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Vladimir Solovevin “Dünya nizamı 2018” filmində jurnalistin sualını cavablandırarkən deyib.
“Amerikalı tərəfdaşlar 2014-cü ildə bizə müraciət edərək həmin vaxt Ukrayna prezidenti olan Viktor Yanukoviçin qoşundan istifadə etməməsi üçün Rusiyadan xahiş etmişdi. Moskva bununla razılaşdı, lakin bir gün sonra Ukraynada çevriliş oldu. Bizi belə sərt və sırtıqcasına ilk dəfə aldatdılar. Ən azı zəng edərdilər, nəsə söz deyərdilər. Deyərdilər ki, bilirsiniz, biz bunu istəmirdik, sadəcə hadisələr belə cərəyan etdi, biz məsələləri hüquqi müstəviyə qaytarmaq üçün hər şeyi edəcəyik. Heç bir söz deyilmədi. Əksinə, dövlət çevrilişini edənlərə tam dəstək verdilər”, - deyə Putin vurğulayıb.
Rusiya prezidentinin sözlərinə görə, Ukraynada çevrilişi faktiki olaraq Amerika edib. Ona görə də Kiyevdə bugünkü rejimi dəstəkləməyə məcburdur: “Onlar sadəcə özlərini küncə sıxdılar”.
Digər xəbərlər
loading...