“Çörək deyə-deyə ağlayırdılar...” - 3 uşağı ilə küçəyə atılan qadının HƏYAT HEKAYƏSİ

Hər gün dünyada onminlərlə qadın müxtəlif formalarda zorakılığa məruz qalır. Bu qorxulu statistikanın bir hissəsi də Azərbaycanın hesabına formalaşır. Bizdə də hər gün onlarla qadın fiziki, mənəvi, psixoloji və s. zorakılıqla üzləşir. Bütün bunlar isə, adətən, ailə içərisində baş verir. Lakin sonradan “qırmızı xətt” keçilir, münaqişələr böyüyür, ailələrin dağılmasına, uşaqların erkən yaşlardan travma almasına, hətta qətllərə qədər gedərək ümumilikdə cəmiyyət üçün bəlaya çevrilir. Bu bəladan qurtulmaq üçünsə medianın da üzərinə xüsusi vəzifə düşür: problemi üzə çıxarmaq, araşdırmaq, işıqlandırmaq, çıxış yollarını göstərmək...
Ətraflı

Dəmirbank maxinasiyalarının ifşası: YENİ FAKTLAR

Artıq 3 aya yaxındır ki, Azərbaycanın azadlığı uğrunda ömrünü fəda etmiş Xalq Şairi Xəlil Rzanın oğlunun birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşub şəhid olmuş Milli Qəhrəman Təbriz Xəlilbəylinin qardaşının ailə üzvlərinin, eləcə də bir sıra digər vətəndaşların uzun illər boyu manat-manat-manat yığdıqları və əlləri ilə banka depozit şəklində əmanət qoyduqları külli miqdarda pullarının DƏMİRBANK tərəfindən oğurlanması ilə bağlı yazılar medianın gündəmindədir.
Ətraflı

“O şəxslər dövlətin gözləntilərini doğrultmur“ - MÜSAHİBƏ

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev iyulun 7-dən 10-dək Qarabağ və Gəncəbasar bölgəsində səfərdə olub. O, Bərdə İmamzadəsində, Ağcabədi, Tərtər, Ağdam, Goranboy, Naftalan, Yevlax Cümə məscidləri və ziyarətgahlarında yerli və ətraf rayonların ziyalıları, din xadimləri ilə, eyni zamanda, bir neçə hərbi hissədə görüşlər keçirib.
Ətraflı