Xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruzova yenidən gündəmə gəlib. MilliYol.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir müddət əvvəl adı erməni stilistlə birgə hallanan xalq artistinin qızı yenidən qalmaqala səbəb olacaq foto paylaşıb.
O, məşhur erməni stilist Georgi Kot ilə fotosunu paylaşıb, ona təşəkkürünü bildirib: “Allaha sizi yaratdığı üçün minnətdaram. Yaxşı ki, varsınız. Sağ olun ki, Allah tərəfindən sizə verilən istedadı bizimlə bölüşürsüz. Sizi çox sevirəm və hörmət edirəm. Mənim əziz ustam”.
Qeyd edək ki, Şəfəq Novruzovanın erməni stilistlə işbirliyi cəmiyyətdə birmənalı qarşılanmayıb, o isə cavabında etirazlara məhəl qoymadığını, Kotla əməkdaşlığa davam edəcəyini söyləmişdi.
Bu dəfə isə o, Georgi ilə daha səmimi fotosunu paylaşaraq öz mövqeyində qaldığını göstərib.
MilliYol.Az
Digər xəbərlər
loading...