Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

“MTN polkovniki” qadının müdhiş fırıldaqları: zərərçəkmişlər danışır

Özünü MTN əməkdaşı kimi təqdim edən və vətəndaşları müxtəlif yollarla aldadaraq pullarını mənimsəyən Məlahət Əsgərzadənin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib. M.Əsgərzadənin müdhiş fırldaqları, insanları hansı yollarla aldatması haqda şahidlər və zərərçəkmişlər danışıb.
Ətraflı

Pontifiklərin cinayəti sayılan səlb yürüşləri - II YAZI

Xalqların başına bəla onda gəlir ki, dini rəhbərlər, xüsusən də Müqəddəs Pyotr taxt-tacında əyləşmiş pontifiklər səlahiyyətlərindən istifadə edərək siyasətə baş qoşur və fitva məzmunlu bəyanatlar verir. Əlbəttə ki, bu iki halda baş verə bilər: ya həmin şəxs maraqlı tərəfdən bahalı bəxşişlər alır, ya da ki, digər dinlərə mənsub olanlara ifrat düşmənçilik bəsləyir. Pontifiklərin orta əsrlərdəki fəaliyyəti onu göstərdi ki, onlar nəinki dini zəmində başqa xalqlara nifrət bəsləmiş, hətta irqi düşmənçiliyə böyük dəstək verərək, milyonlarla günahsız insanı fiziki cəhətcə məhv edilməsində mühüm rol oynamışdılar. Halbuki katolik papanın əsas funksiyası dünyada tolerantlığı nümayiş etdirmək, sülh və əminamanlığın bərqərar olması uğrunda mübarizə aparmaqdan ibarətdir. Lakin onların bir çoxlarının tarixdəki fəaliyyəti fitnə-fəsadlara yol açır və əksər hallarda qanlı münaqişə ocaqlarının yaranmasında şeytan funksiyasını yerinə yetirirdilər.
Ətraflı

“Çörək deyə-deyə ağlayırdılar...” - 3 uşağı ilə küçəyə atılan qadının HƏYAT HEKAYƏSİ

Hər gün dünyada onminlərlə qadın müxtəlif formalarda zorakılığa məruz qalır. Bu qorxulu statistikanın bir hissəsi də Azərbaycanın hesabına formalaşır. Bizdə də hər gün onlarla qadın fiziki, mənəvi, psixoloji və s. zorakılıqla üzləşir. Bütün bunlar isə, adətən, ailə içərisində baş verir. Lakin sonradan “qırmızı xətt” keçilir, münaqişələr böyüyür, ailələrin dağılmasına, uşaqların erkən yaşlardan travma almasına, hətta qətllərə qədər gedərək ümumilikdə cəmiyyət üçün bəlaya çevrilir. Bu bəladan qurtulmaq üçünsə medianın da üzərinə xüsusi vəzifə düşür: problemi üzə çıxarmaq, araşdırmaq, işıqlandırmaq, çıxış yollarını göstərmək...
Ətraflı