Azərbaycan bayrağını təhqir edən Türkiyənin Bursa vilayətinin keçmiş valisi saxlanılıb.
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Türkiyənin Bursa vilayətində 2009-cu ildə Ermənistan-Türkiyə futbol matçı zamanı meydana Azərbaycanın dövlət bayrağının keçirilməsinə icazə verməyən və bayrağı təhqir edən sabiq vali Şəhabəddin Harput fətullahçılarla əlaqədə ittiham olunaraq həbs olunub.
Xatırladaq ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.
Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
MilliYol.Az
Digər xəbərlər
loading...