Polkovnik vəfat etdi (FOTO)  

COP29 Sədrliyi bəyanat yaydı

İbrahimovlar imperiyasının çöküşü

Diaspora üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov, “Avesta” konsernin prezidenti Hacı İbrahim, Tağı və Sahil İbrahimov ölkə rəhbərliyi qarşısında etimadını itiriblər: Qardaşların maliyyə xəyanətləri, büdcə vəsaitlərini talan etməsi, Ukrayna və Avropada biznesi haqda müdhiş faktlar var; Heydər Əliyev Fondu Xocalı üçün çalışır, komitə isə Rusiyada tərəvəz bazarı açır
Ətraflı

Katolik papa, ispan inkvizisiyası və ərəblərlə yəhudilərə qarşı soyqırım - III YAZI

Bu ondan xəbər verir ki, xristianlıq prinsiplərindən uzaq olan katolik papaları başqalarının qazandıqlarını reket yolu ilə ələ keçirmiş, üstəlik isə həmin adamları ən sərt üsullarla öldürmüşdülər. Buna bariz nümunə 1492-ci ildə İspaniyada Rekonkista başa çatan kimi ərəblərə və yəhudilərə qarşı törədilən soyqırım idi ki, həmin cinayətdən sonra ölkədə əsrlərboyu yaşamış iki böyük xalqın varidatı ispan inkvizisiyası ilə pontifik arasında bölüşdürülmüşdü. Bu azmış kimi ispan konkistadorları, sonradan isə portuqal, ingilis və fransızlar Amerika qitəsinə yollanaraq, orada minillərlə yaşamış on milyonlarla aborigenlərə qarşı soyqırım tətbiq etmiş və görməmişcəsinə onların maddi sərvətlərini, xüsusən də qiymətli metalları və daş-qaşları Avropaya daşımışdılar.
Ətraflı

İlham Əliyev hərbi gəmidə

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olub.
Ətraflı

Əmlak Komitəsi müəssisələri necə satır? - Özəlləşdirmədə böyük yalan

Beş yüz müəssisədə səhmləri olan Vüqar İsmayılov Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) özəlləşdirmə prosesində apardığı siyasətdən narazıdır. Aztoday.az internet qəzetinə danışan səhmdarın sözlərinə görə son illər kiçik səhmdarları sıradan çıxartmaq və malik olduqları əmlak payını əllərindən almaq üçün Komitədə yeni “planlar” işlənib-hazırlanıb.
Ətraflı

Bakını və Azərbaycanı qoruyan sirli silah

Ermənilərin Mingəçevir Su Anbarını vurmaqla bağlı hədələri bir-birini əvəzləməkdədir. Separatçı rejimin qondarma müdafiə naziri Levan Mnatsakanyanın bir qədər də irəli gedərək, Bakı-Tiflis-Ceyhan neft kəmərini vuracaqlarını da söyləməsi hiddətlə yanaşı, narahatlıq da doğurur.
Ətraflı