Millət vəkili Hadı Rəcəblini Azərbaycanda hamı tanıyır. Milli Məclisin 125 üzvündən biri olan bu şəxsin adı bəzi həmkarları kimi heç də yaxşı cəhətdən hallanmır.
Misal üçün, o, ötəl il müəllimlərin maaşlarının prezident tərəfindən qaldırılmasından sonra ölkə mediasına verdiyi müsahibəsində demişdi ki, müəllim maaşla dolana bilmirsə, işdən sonra gedib daş hörsün.
Bu fikirlər ictimaiyyət arasında geniş rezonans doğurmuş, deputat isə dediklərini belə əsaslandırmışdı: “Bəzi media orqanları bilərəkdən mənim dediklərimi kontekstdən çıxararaq, bunu müəllimlərə mənfi mənada yönəltməyə çalışıblar. Müsahibənin yalnız bir cümləsi tanıdığım bir müəllimin ustalığından bəhs edib”.
Bir usta müəllimim timsalında Azərbaycanın çoxsaylı müəllim ordusunu təhqir edən Hadı Rəcəbli yenə də özünü gülünc vəziyyətinə qoyub.
Düzdür, bu dəfə o, heç kimə daş daşımağı məsləhət görməyib, Qarabağ müharibəsi veteranları və əlillərini, fiziki imkanları məhdud insanları sahibi olduğu Lənkərandakı “Palıdlı Sahil” sanatoriyasına istirahətə göndərib, onlarla doyunca şəkil çəkdirib, sonra isə bu
Bir qarın yemək verən və sanatoriyasını reklam etdirən Azərbaycanın siyasi və ictimai xadimindən daha nə gözləmək olar?
Bununla da o, həmin məkanın məhz ona məxsus olduğunu birbaşa sübut edib. “Azərbaycan qanunvericiliyində deputat sahibkarlıq fəaliyyətilə məşul ola bilməz” maddəsi görünür, Hadı Rəcəbli kimi deputatları qətiyyən narahat etmir.
Cənublu bu deputat yaratdığı biznes şəbəkəsindən gəlir əldə etmək üçün sanatoriyanı dövlət əhəmiyyətli sanatoriyalar siyahısına saldırıb və bu işdə ona Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri böyük dəstək verib.
Elə sonuncu tədbir də məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilib. (AzToday.az)
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
MİlliYol.Az
Digər xəbərlər
loading...