Prezidentdən mühüm tapşırıqlar: 2018-ci ildən...

2017-ci ilin I rübünün nəticələri ürəkaçandır, bütün sahələrdə inkişaf var. Ölkə iqtisadiyyatının 17 faiz artımı, sosial-iqtisadi layihələrin icrası, qarşıya qoyulan məqsədlərə və manatın stabilliyinə nail olunması, ölkənin valyuta ehtiyatlarının 38 milyardı ötməsi, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi və beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın gördüyü işlər ən mühüm hadisələr sırasındadır və cənab prezident bunu açıq şəkildə qeyd etdi.
Ətraflı

“24 milyon insanı xəstəlik, 16 milyonu ölüm gözləyir“ - Azərbaycanlı professor

Azərbaycanda onkoloji xəstəliklərin sayı artıb. 2011-ci ildə əhalinin hər 100 min nəfəri arasında onkoloji xəstəliklərlə xəstələnmənin göstəricisi 95,8 nəfər olub. 2012-ci ildə bu rəqəm 94,2-yə, 2013-cü ildə 97,5-ə, 2014-cü ildə 101,4-ə çatıb. 2015-ci ildə isə Azərbaycanda əhalinin hər 100 min nəfəri arasında onkoloji xəstəliklərlə xəstələnmənin göstəricisi 106,9 nəfər olub. Ötən il isə bu rəqəm bir qədər yüksəlib və əhalinin hər 100 min nəfərindən 108,5-də onkoloji xəstəlik olub. Bir sözlə, onkoloji xəstəliklər 5 ilə 10 faizdən çox artıb.
Ətraflı