“Şəkilini görüb bəyəndi, dedim əl çək, o mənim qızımdır”
“ARB Ulduz”un “Şou-məkan” proqramının növbəti qonağı müğənni Roza Zərgərli olub.
Son vaxtlar klip çəkdirən müğənnilərin əl-əl gəzib tapdığı rejissor Nail Naiboğlu ilə çalışmağa başlayan Roza Zərgərli, klip üçün konkret qərara gələ bilmədiyindən danışıb:
“Bir neçə rejissordan təklif almışam ki, klip çəkək. Onlardan da birini seçmişəm, Nail Naiboğlunu. Əvvəlcə “Şirinçay” mahnısına çəkmək istəyirdik, sonra fikrimizi dəyişib “Spor” mahnısına klip çəkmək istədik. Yeni aranjiman olunan mahnılardan bəzilərini də Nail bəyəndi. Dedi ki, gəl bunlardan birinə çəkək. Ona görə hələ ki, kliplər qalır. Amma bu yay ən az üç klip istehsal edəcəyik və il boyu onun təqdimatını keçirəcəyik”.
Son zamanlar özünə qadağalar qoyub, ətrafına Berlin divarı çəkən Roza Zərgərli süni insanlardan artıq kənar olduğunu da bilirib:
“Çox dəyişmişəm. Çox qəddarlaşmışam. Çox uzaqlaşmışam. Süni insanların yanında dayana bilmirəm. Çox şeyə də qadağa qoymuşam. Ümumiyyətlə, ətrafımdan hər kəsi silmişəm. Sadəcə saxtakar insanları sevmirəm”.
Müğəni, öz fəaliyyətindən narahatlıq keçirib, başqalarının irəli getməsinə mane olmaq üçün gecə-gündüz düşünən insanlarıdan danışıb özündən çıxdı:
“O paxıllıq edir, o bilir ki, sən düşdüyün yerdə ondan yaxşı olacaqsan, o, özünə güvənmir, o, özünün fəaliyyətindən qorxur. Bu, qorxaqlıq və paxıllıq əlamətidir”.
Sənətçi, küsülü olduğu həmkarı ilə eyni məclisə dəvət aldığı zaman onun arxasınca min oyun quran sənət dostlarından da dili-ağzı yanmış kimi danışıb.
“Elə məclis var ki, başdan-ayağa mən idarə edirəm. Çox ifaçı dostlarımız gəlir. Elə adam var ki, mən onunla danışmıram. Ancaq o da mənim məclisimdədir. Ev yiyəsinin heç xəbəri də yoxdur ki, mənim bununla münasibətim yaxşı deyil. Həmin adamlar öz məclisləri olanda min cür oyun qurub deyirlər ki, Roza burda yoxdur, xaricdədir. Onu düşünsünlər ki, ruzini verən Allahdır. Sən bəndəsən, heç kimsən. Burdan sən kəsəcən, ordan Allah ikiqat, üçqat verəcək”.
Övladlarının aktyorluğu məsələsinə də toxunan Roza, heç gözləmədiyi bir məqamda qızının da artıq filmə çəkildiyini eksklüziv olaraq "Şou-məkan"a açıqlayıb:
“Dostum Nadir Maçanov mənə zəng etdi ki, sənə bir işim düşüb, mənə bir neçə aktyor lazımdır. Yeni filmə başlayırıq. Mən də dedim ki, bəzi şəkillər var, onu sənə ataram. Şəkillərə baxandan sonra dedi ki, mən bu qızı çəkmək istəyirəm. Dedim Nadir bu qız alınmayacaq. Onun ailəsi bir az qalmaqallı ailədir. Mən indi deyə bilmirəm ki, bu, mənim qızımdır, şəkil sənə səhv gedib. Axırda Nadirə dedim ki, əl çək, bu qız mənim qızımdır, qoymayacaq çəkilməyə. Axırda dedim ki, yaxşı ssenarini ver, evdə oturaq baxaq. Ssenariyə baxdım, gördüm gözəl ssenaridir. Əyri-əskik bir şey yoxdur”.
Roza xanım, bildiyimizə görə həyat yoldaşınız övladlarının bu sənətlə məşğul olmalarına qaşıdır. Bəs, xəbəri eşidəndə reaksiyası necə oldu?
“Dünən bir söz dedi. Özü səhərə kimi o səhnə mənim, bu səhnə sənin, gəzir. Oğlunu da həmin bataqlığa soxdu. Bir qız qalmışdı, onu da bataqlığa soxdu. Axırda məni də salarsız həmin yerə”.
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
MilliYol.Az
Digər xəbərlər
loading...