Milli Məclisin bu gün keçirilən iclasında "Hacı Cavad" məscidinin sökülməsi ilə bağlı məsələ müzakirə olunub
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, Azərbaycanda islamın ən gözəl modeli tətbiq olunur. Ölkəmizdə 2500-dən artıq məscid fəaliyyət göstərir.
YAP rəsmisi bildirib ki, bu il Azərbaycanda "İslam Həmrəyliyi" ilidir və dünyanın 57 islam ölkəsindən nümayəndə və dövlət baçşçıları ölkəmizə gələcək.
Deputat Fazil Mustafa bildirib ki, məscidin sökülməsi ilə bağlı etiraz edənlər süni ajiotaj yaratmaq istəyənlərdir: "Azərbaycanda bir çox yerlərdə məscidlər tikilir, yenidən təmir olunur və dini ocaqlara ciddi hörmət qoyulur. Məscidin sökülməsi ilə bağlı etirazlar başlayanda araşdırıldı və məlum oldu ki, oranın qeydiyyatı yoxdur. Həmin məscidə yığışanlar məqsədli şəkildə ajiotaj yaratmaq istəyənlərdir".
Çıxış edən deputat Qüdrət Həsənquliyev təklif edib ki, həmin məscidin sökülməsi zamanı polisə müqavimət göstərən şəxslərlə bağlı Dövlət Təhlükəsizlik Xidməti araşdırma aparsın.
"Araşdırılsa, məlum olacaq ki, onlar hansısa kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlıdırlar. Biz imkan vermərik ki, məscidlərimiz casus yuvasına çevrilsin. Bu məsələ araşdırılmalıdır". (azvision.az)
MilliYol.Az
Digər xəbərlər
loading...