İlham Əliyev: “Kifayət qədər neftimiz var, heç kim narahat olmasın“

“Azərbaycan neftin vətənidir, Azərbaycanda bunu hər kəs bilir. İndi dünya ictimaiyyəti də bunu bilir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə Azərbaycanda çıxarılmışdır və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır və bu da tarixi hadisədir. Azərbaycan neftçiləri sovet dövründə Xəzərin bütün neft-qaz yataqlarının aşkar olunmasında əsas rol oynamışlar, Rusiya Federasiyasında yeni neft yataqlarının kəşfində onların rolu çox böyükdür. Təsadüfi deyil ki, “İkinci Bakı”, “Üçüncü Bakı” adlandırılan yerlər var ki, bu yerlər Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Neftçilərimiz xarici ölkələrdə də işləyirdi, oraya ezam olunmuşdular. Əlbəttə ki, bu, Azərbaycanda neft sənayesində çalışan insanların peşəkarlığını, fədakarlığını göstərir”.
Ətraflı

Söz azadlığı tənqidimizə nə verib? - Xalq yazıçısı Elçin yazır - II Məqalə

Bizim ədəbi proses bəşəri bədii-fəlsəfi problematikanı ehtiva edə bilirmi? - sualının əhatə dairəsi çox geniş olduğu üçün, güman edirəm ki, 25 illik zaman vahidi çərçivəsində bu suala müsbət cavab vermək çətin, bəlkə də qeyri-mümkündür, ancaq dərd burasındadır ki, bu sualın mündəricatını xeyli dərəcədə sıxıb, sadələşdirsək də, müsbət cavab verməyə çətinlik çəkəcəyik, çünki tənqidimiz, ümumiyyətlə, bəşəri bədii-fəlsəfi mövzunu ədəbi prosesin faktına çevirə bilməyib
Ətraflı

UNİCEF: Azərbaycanda analıq məzuniyyətinin 4 ay müddətinə verilməsi yetərli deyil

"Körpənin ilk 6 ay ərzində ana südü ilə qidalandığını nəzərə alsaq, Azərbaycanda analara 4 ay müddətinə ödənişli analıq məzuniyyət verilməsi yetərli deyil. Uşaqların ana südü ilə qidalandırılması asan proses deyil. Analar qidalanmadan əlavə iş, təhsil, ailəyə diqqət kimi önəmli məsələlərlə məşğuldur. Bunu nəzərə alaraq körpənin ana südü ilə qidalanması üçün cəmiyyətin bütün üzvləri anaya dəstək verilməlidir"
Ətraflı