“İndi manat 1.69-dan aşağı olmalıydı…”
“Üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq. Bundan sonra da, bu rejim fəaliyyət göstərəcək”.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankını İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
Onun sözlərin görə, üzən məzənnə rejimin tətbiqini mövcud iqtisadi reallıqlar və beynəlxalq təcrübə tələb edir: “Bu gün bir çox ölkələr bu keçidə hazırlaşır. Azərbaycanın effektli inkişafı, xüsusilə xarici şoklara davamlılığı üçün məhz üzən məzənnə rejimi ən effektli tədbirdir. Onun faktiki olaraq alternativi yoxdur. Bazarda yaranan sabitlikdən də görünür ki, üzən məzənnə rejimi özünü doğruldub”.
Son zamanlar manatın məzənnəsinin möhkəmlənməsinə toxunan baş bankir qeyd edib ki, buna tədiyə balansının vəziyyətinin yaxşılaşması, neftin bahalaşması kimi faktorlar təsir edib. E.Rüstəmov ilin sonuna kimi manatın bahalaşmasını istisna etməyib: “Müsbət tendensiyalar onun göstərir ki manatın bahalaşmasının potensialı daha çoxdur”.
E.Rüstəmovun bu açıqlamasını şərh edən iqtisadçı Qulu İbrahimli “AzPolitika”ya açıqlamasında bildirib ki, Mərkəz Bank manatı 1,70-dən aşağı düşməyə qoymur. “Bloomberg ticarət platformasında banklararası valyuta hərracında 1,69 səviyyələrində verilən sifarişlərə Mərkəzi Bank qeyri-rəsmi qadağa qoyub. Elman Rüstəmovun bugünkü açıqlamasından da görünür ki, manatın bahalaşmasının qarşısını alan bu qadağa çox davam etməyəcək. Üzən məzənnə rejimi olsaydı, indi manat 1,69-dan da aşağı olmalıydı. Xarici valyutaya tələb yoxdur”.
Bununla belə, ekspert bildirib ki, bundan sonra manatın kəskin bahalaşması iqtisadiyyat üçün risklidir. “Əvvəllər də süni ucuzlaşdırılması və bunun gələcəkdə fəsadını görəcəyimiz barədə bəhs edirdim. İndi də manatın bahalaşmasının süni qarşısının alınması da haqlı olduğumu göstərir”.
Q.İbrahimli iddia edir ki, Mərkəzi Bank buraxsa, manat-dollar məzənnəsi 1.60-adək aşağı düşər.
MilliYol.Az
Digər xəbərlər
loading...