"Haqqımda deyirlər ki, guya, İnstaqram səhifəmdə izləyicilərim saxtadır. Qəti süni izləyici almamışam. Bu söhbətə nöqtə qoyuram"
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Günay İbrahimli "Xəzər maqazin"ə açıqlamasında deyib.
Sənətçi İnstaqramda izləyicilərini saxta alması ilə bağlı sualları cavablandırıb. O bildirib ki, heç vaxt pulla "follower" almayıb:
"900 mindən çox izləyicim var, hamısı realdır. Yalançı izləyicilərə ehtiyacım yoxdur. Səhifəmi özüm işlədirəm. Hər paylaşıma diqqət edirəm ki, səliqəli olsun. İnsanları bezdirci nələrsə paylaşmıram. Gündə ən çox bir video və bir foto yayımlayaram. Süni izləyici alan müğənniləri də, aktyorları da tanıyıram”.
Günay qarderobundan da söz açıb:
“Qarderobumda bahalı da, ucuz da geyim var. 10 manatdan tutmuş on minə qədər paltara pul vermişəm. Bir libası bir gün geyinirəm. Sonra həmin paltarı 5-6 aydan sonra geyinə bilərəm. Bir paltarı iki gün ard-arda geyinmərəm. Hətta modelyerlərdən paltar alanda da deyirəm ki, bundan məndən başqa heç bir tanınmışa verməyin".
MilliYol.Az
Digər xəbərlər
loading...